Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

“Oksana Puşkina Bakıya getməklə qanunu pozub...” - VİDEO

Tarix: 07-03-2017 14:48     Baxış: 6347 A- / A+
“Oksana Puşkina Bakıya getməklə qanunu pozub...”


Qalmaqallı rusiyalı siyasətçi, LDPR lideri Vladimir Jirinovski yenə çıxışında Azərbaycanın adını çəkib.

Virtualaz.org xəbər verir ki, Jirinovski bu dəfə həmkarı, majoritar sistem üzrə Dövlət Dumasına seçilən məşhur teleaparıcı Oksana Puşkinanı tənqid edərkən onu “Azərbaycana qanunsuz səfər etməkdə” günahlandırıb. Jirinovskinin bildirdiyinə görə, Oksana Puşkina birmandatlı dairədən seçildiyi üçün dövlət hesabına ancaq öz seçildiyi dairə ərazisində səfərlər edə bilər.

“Oksana Puşkina Azərbaycana və Severodvinskə səfərləri ilə deputat statusunu pozub, çünki o, ancaq öz seçildiyi dairədə işləməlidir. Belə səfərləri ancaq öz hesabına, özü də qeyri-iş günləri edə bilər”-Jirinovski deyib.

“Oksana Puşkina Bakıya getməklə qanunu pozub...”

LDPR lideri qadın deputat haqda çıxışını davam etdirərək deyib ki, ona birinci hücum etmək istəmirdi. “Bunu sən başladın”-o deyib.

Oksana Puşkina NTV-də Jirinovskini tənqid edib, onun oğlu İqor Lebedevin də Dövlət Dumasının deputatı olduğunu yada salıb.

Jirinovski buna cavab olaraq deyib ki, sırav deputat Dövlət Dumasında fraksiya liderini tənqid edə bilməz. Üstəlik onun oğlu bu gün-sabah baba olacaq və övladlar ancaq yetkinlik yaşına çatmayana qədər kiminsə uşaqları hesab oluna bilərlər. Yetkinlik yaşına çatandan sonra onlar müstəqil adam olurlar.

Oksana Puşkina fevralın 24-də Bakıda “Sputnik Azərbaycan” beynəlxalq mətbuat mərkəzində “Rusiya və Azərbaycan: əməkdaşlıq və inkişafın 25 ili” mövzusunda keçirilən tədbirə qatılıb.(virtualaz.org)


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar