Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Nazir qonşu ölkənin prezidentini “it”, “əl tulası” adlandırıb dedi: “Qoca kişidir, təhqir etmək istəmirəm…”

Tarix: 07-03-2017 14:21     Baxış: 4387 A- / A+
Nazir qonşu ölkənin prezidentini “it”, “əl tulası” adlandırıb dedi:



"The Guardian" yazır ki, Venesuelanın solçu hökumətinin nazirlərindən biri qonşu Perunun prezidenti Pedro Pablo Kuczinskini Birləşmiş Ştatlara xidmət edən "qorxaq it" adlandırıb. 78 yaşlı keçmiş Wall Street bankiri Kuczinski Peruda keçirilən prezident seçkisində ötən il qalib gəlib və o vaxtdan bəri Venesuelanın mərhum lideri Uqo Çavesin adını daşıyan çavizm hərəkatını kəskin tənqid edir.

O, Nicolas Maduro hökumətini xüsusilə özünün ABŞ-da etdiyi son çıxışlarından biri ilə qəzəbləndirib. Kuczinski həmin çıxışında demişdi ki, Latın Amerikası ümumilikdə özünü "yaxşı təlim görmüş it kimi aparır", amma təkcə Maduronun Venesuela hökuməti "problem" olaraq qalır.

Prezident Maduro Peru prezidentindən dərhal üzr istəməsini tələb etmişdi. Bundan sonra Maduronun hiddətli xarici işlər naziri Delsi Rodriqez, Çavesə həsr olunmuş tədbirlərdən birində Peru başçısının "cavabını" verib. "Qoca kişidir, təhqir etmək istəmirəm, amma o ortalıqda əl tulası kimi vurnuxur və imperiyanın qarşısında quyruq bulayaraq onu Venesuelaya müdaxilə etməyə çağırır. Bu başdan xarab adama heç fikir verən də yoxdur" - deyib nazir.

Nazir qonşu ölkənin prezidentini “it”, “əl tulası” adlandırıb dedi:

Rodriqez Peru liderini həmçinin Çavesin xatirəsini Kolumbiyada keçirilən tədbirdə təhqir etməkdə günahlandırıb. "Mən qalxıb ona demişəm. Burda da deyirəm: Bura bax, cənab Kuczinski, sən qorxağın biri qorxaq, bizim komandanımız Uqo Çavesin xatirəsini nə cəsarətlə təhqir edirsən?"

Bunun ardınca Peru hökuməti Venesuelanın "təhqiramiz" şərhlərini rədd edib və bildirib ki, rəsmi etiraz notası verəcək. Perunun xarici işlər naziri Rikardo Luna konqres qarşısında etdiyi çıxışda deyib ki, onun venesuelalı həmkarının dedikləri qeyri-məqbuldur.

Nazir habelə prezident Kuczinskinin bənzətməsini müdafiə edərək deyib ki, prezident "bütün savadlı adamların çevrəsində işlədilən metafordan" istifadə edib və heç kimi təhqir etmək fikri olmayıb. "The Guardian" yazır ki, hazırda Braziliya və Argentinanın sağ təmayüllü hökumətləri ilə yola getməyən solçu Venesuela Latın Amerikasında təklənib və Boliviya, Kuba, Ekvador və Nikaraqua kimi ölkələrə üz tutub. (BBC)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar