Xəbər lenti
"Bu, pul kisələrinin müharibəsidir" - Koçaryan siyasətdən imtina etdi

Ermənistanın ikinci prezidenti Robert Koçaryan bildirib ki, respublikadakı indiki siyasi proseslərdə iştirak etməyi arzu etmir.
"Yaranmış reallıqlar haqqında tam təsəvvürə malik olaraq, məndə bugünkü siyasi prosesləri şərh etmək arzusu yoxdur, o da ola onlarda iştirak etmək", — deyə Koçaryan bazar ertəsi özünün 2rd.am saytına verdiyi müsahibədə bildirib.
O, əlavə edib ki, 2015-ci il konstitusiya islahatını Ermənistan üçün uzunmüddətli neqativ nəticələrə səbəb olacaq böyük səhv hesab edir.
Onun sözlərinə görə, qarşıdakı seçkilərdə ideoloji mübarizə hər hansı məna kəsb etməyəcək və bunu dərc edilmiş ərazi siyahıları da təsdiq edir.
"Bu, dözülməzlik atmosferində pul kisələrinin müharibəsi olacaq. Həm də bir çox seçicilər çox güman ki, belə ağır ictimai durumda puldan imtina edə bilməyəcək və “səslər hərracı”nda iştirak edəcəklər. Təəssüf ki, bütün bunların nəyə gətirib çıxaracağını təxmin etmək o qədər də çətin deyil”, - deyə Koçaryan vurğulayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar