Xəbər lenti
"İŞİD"i onlar yaradıb" - Bəkir BOZDAĞ
"İŞİD-i yaradıb müsəlmanların başına bəla edən alçaq, qaranlıq qüvvələr Türkiyəni İŞİD-ə dəstək verməkdə günahlandırır. Kim Türkiyə İŞİD-ə yardım edir iftirasını dilinə gətirsə, bilin ki, o, Türkiyə düşmənidir".
Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Ədliyyə naziri Bəkir Bozdağ Tvitter səhifəsində yazıb. Nazir İŞİD-in beynəlxalq layihə olduğunu deyib:
“İŞİD-in məqsədi insanları İslama, Qurana, Məhəmməd Peyğəmbərə və müsəlmanlara qarşı qoymaqdır. Bu layihəni hazırlayanların digər məqsədi Yaxın Şərqdə siyasi hədəflərə nail olmaq üçün lazımi şəraitin yaradılmasıdır.
İŞİD sıralarında 140-dən çox ölkənin vətəndaşı döyüşür. Dövləti, milləti, dini, dili, rəngi, mədəniyyəti, ailəsi, təhsili və həyat tərzi tamam başqa olan bu insanlar ABŞ, Avstraliya, Avropa Birliyi, Afrika və Asiyadan gəlib döyüşür. Bu insanları kimlər razı salır, bunu öyrənmək vacibdir. Heç 10 ildir yaranmayan bir təşkilat bunu necə edə bilər? Əlbəttə edə bilməz.
ABŞ və koalisiya qüvvələri daxil olmaqla xeyli ölkə İŞİD-i bombardman edir. Bəs bu qədər ölkə niyə bir təşkilatı yox edə bilmir? İŞİD terror təşkilatı layihəsini yaradanların hədəfləri reallaşdığı an İŞİD deyə bir şey qalmayacaq”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar