Sizin Reklam Burada
Xəbər lenti
08-09-2025
07-09-2025
BÜTÜN XƏBƏRLƏR

Kraliça II Yelizavetanın çantasının sirri nədir? - Araşdırma

Tarix: 06-03-2017 17:36     Baxış: 5387 A- / A+
Kraliça II Yelizavetanın çantasının sirri nədir?


Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının, eləcə də Millətlər Birliyinə daxil olan 15 dövlətin kraliçası II Yelizavetanın ictimaiyyət arasına daima əl çantası ilə çıxması diqqətinizi çəkib?

Manevr.az xarici KİV-lərə istinadən bu kiçik kraliyyət sirrini açır:

Kraliyyət bioqrafı Salli Bedell Smitin sözlərinə görə, əl çantasında kraliça daima ayna, dodaq boyası, qələm, bir neçə nanəli nabat və optik eynək gəzdirir. Bazar günləri isə özü ilə kilsə hədiyyələri üçün səliqə ilə yığılmış bir neçə pul götürür.

Ancaq çox vaxt kraliçanın aksessuarı özünəməxsus indikator kimi də istifadə olunur: O, öz çantası vasitəsilə personala hansısa rəsmi tədbiri tərk etmək istəyi barədə siqnallar verir. Məsələn:


Əgər söhbət əsnasında kraliça əl çantasını bir əlindən digərinə keçirirsə, personal üçün bu, onun söhbəti bitirməyə hazır olduğuna işarədir. Lakin siz bu jesti heç hiss etməyəcəksiniz. Məsələn, kimsə yaxınlaşacaq və deyəcək: “Ser, Kanterberi Arxiyepiskopu sizinlə görüşməyi çox istərdi”.

Əgər kraliça nahar süfrəsi arxasında çantasını stolun üzərinə qoyursa, bu o deməkdir ki, o, sözügedən tədbirin yaxın 5 dəqiqə ərzində başa çatmasını istəyir.

Əl çantasını yerə qoyarkən kraliça göstərir ki, danışıqdan heç də zövq almır və saray xanımının onu “xilas etməsini” istəyir.

Lakin üzüyün burulması ən dramatik jestdir. Bu halda kraliça işarə verir ki, personal onu dərhal “xilas etməlidir”.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar