Xəbər lenti
Dünyanın ən təmiz, ən müqəddəs yolçuluğu- könül yolçuluğudur...
Şair Coşkun Karabuludun və mənim birgə hazırladığımız 11-18 sentyabr tarixlərində baş tutan “Könül yolçuluğu “layihəmiz artıq başa çatıb.
Layihə əsasında qardaş Türkiyədən gələn bir qrup yazıçı, şair, jurnalist və rəssamlar Qarabağ Zəfərimizi təbrik edib, şəhidlərimizin ruhunu yad etmək üçün 11 sentyabrdan vətənimizin bir çox şəhərlərində yaddaqalan görüşlər keçirdilər. “Könül yolçuluğu“ layihəmizin əsas məqsədi, məramı ölkələrimiz arasında ədəbi- mədəni əlaqələri möhkəmləndirmək, ədəbiyyatımızı, mədəniyyətimizi təbliğ etmək, mənəvi güc qazanmaqdır.
Azərbaycanımızın 44 günlük savaş günlərində qazandığı tarixi qələbənin sevincini bizimlə bölüşməyə gələn könül dostlarım 7 günlük səfərləri boyu Şəhidlər xiyabanını ürək ağrısıyla gəzdilər. Fəxri xiyabanda Ulu öndərimiz Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarını ziyarət etdilər. Xiyabanda uyuyan böyük sənət adamlarımızın, korifeylərimizin ruhlarını yad etdilər.
Dahilər yurdu qədim Gəncə və başda Gəncə İcra hakimiyyətinin məsul işçisi Yadigar Bədəlov, Nizami Gəncəvi adına muzeyin direktoru Gülnarə xanım, Eltun Türkel, Aləmzər Əlizadə və s. şair və yazıçılar, dəyərli ziyalılar “könül yolçuları”nı böyük sevgiylə qarşıladılar. Gəncə Yazıçılar Birliyinin rəhbəri şair Xəzəngül Hüseynova səhhətində problemlər olmasına baxmayaraq, görüşlərin baş tutmasına böyük əmək sərf etdi.
Qədim Gəncə şəhərində dahi şairimiz Nizami Gəncəvinin məqbərəsini və məzarını ziyarət etdik. Bildiyimiz kimi 2021- ci il prezidentimiz İlham Əliyevin sərəncamı ilə “Nizami Gəncəvi ili” elan olunub. Bu ziyarətimiz “Nizami Gəncəvi ili”nə daha bir töhfə oldu.
Erməni vandalizminin bariz nümunəsi olan, dinc sakinlər yuxudaykən raket atəşinə tutulan ərazidəki dəhşətli görüntülər dostlarımızı sarsıtdı. O mənfur gecədə şəhid olan uşaqlardan geridə qalan oyuncaqlar erməni vəhşətinə qarşı nifrəti daha da artırdı. Onların bu təəssüratları Türkiyə mətbuatında öz əksini tapacaq.
Bu layihənin gerçəkləşməsi üçün Azərbaycan Televiziya və Radiosu Qapalı Səhmdar Cəmiyyətinin Mədəniyyət kanalının böyük dəstəyini xüsusi qeyd etmək istəyirəm. Türkiyəli qonaqlarımızın bu tarixi gəlişinin televiziyada işıqlandırılması ilə bağlı müraciətimizə Mədəniyyət xəbərləri Baş Redaksiyasının baş redaktoru Dilarə Səlim, Səhər musiqi informasiya proqramları Baş Redaksiyasının baş redaktoru Nəcibə Əlixanova və televiziyanın digər fədakar əməkdaşları müsbət cavab verərək bizə dəstək olacaqlarını bildirdilər.
Gəncəyə çatmağımıza az qalmış Aztv əməkdaşı Xaliq bəy bildirdı ki, artıq Aztv, ATV, ARB, Kəpəz televiziyalarının çəkiliş qrupu bizi Nizami Məqbərəsinin yanında gözləyir. Ürəyim dağa döndü. Televiziyalarımızın hazırladığı reportajlar “Könül yolçuluğu“ layihəsinə, Türkiyə-Azərbaycan arasındakı kültür əlaqələrinin inkişafına böyük töhfə oldu.
[center]
Şair Coşkun Karabulut və rəssam Güldem Kervan və mən Mədəniyyət kanalının “Səhər “ proqramında iştirak edərək Türkiyə-Azərbaycan arasındakı könül körpülərindən bəhs etdik.
Mədəniyyət kanalının çəkiliş qrupu Azərkitab Kitab Mərkəzində olan təntəni görüşümüzü də tarixin yaddaşına köçürdü.
Dəyərli Millət vəkilimiz, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı “Könül yolçuluğu” layihəmizin məram və məqsədini alqışladı, bizə bu yolda uğurlar arzuladı.
Ümid Partiyasının sədri İqbal Ağazadə “Könül yolçuları”mızı çox xoş qarşıladı, Türkiyədən gələn dostlarımıza dəyirmi masa ətrafında minnətdarlığını bildirdi.
Sumqayıt Poeziya evinin direktoru, şair İbrahim İlyaslıya, dostlarımıza dəfələrlə SedetArt rəssamlıq studiyasının, könlünün qapılarını açan rəssam Nəvai Mətinə, səfərlərimizi daima işıqlandıran, hər zaman yanımızda olan Manevr.az saytının rəhbəri şair Namiq Dəlidağlıya, səfər çərçivəsində görüşlərdə, toplantılarda daima yanımızda olan, köməyini əsirgəməyən şair Elşad Barata, “Könül yolçuları” ilə görüş keçirən Azərbaycan- İraq Mədəni Əlaqələr İB- nə, 7 günlük səfər günlərində məni tək qoymayan, mənəvi dəstək olan yazıçı, Azərbaycan Radiosu əməkdaşı Günel Natiqə, “Könül yolçuluğu” layihəsinin Türkiyə üzrə rəhbəri şair Coşkun Karabulutun portretini canlı performansda yaradan rəssam, şair Seyran Allahverdiyə, bütün görüşlərdə iştirak edən dəyərli könül dostlarımıza, könül yolçularına tək- tək minnətdarlığımı bildirirəm.
Inanıram ki, “Könül yolçuluğu”muz hələ çox ölkələrdə ürəyi türk dünyasıyla birgə döyünən könül dostları qazanacaq.
Nazilə Gültac, şair, həkim
"Könül yolçuluğu” layihəsinin Azərbaycandakı rəhbəri
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar