Sizin Reklam Burada
Xəbər lenti
15-09-2025
BÜTÜN XƏBƏRLƏR

Ramiz Mehdiyevin gəlininin bankı məhkəməyə verildi

Tarix: 15-09-2021 12:49     Baxış: 3505 A- / A+
Ramiz Mehdiyevin gəlininin bankı məhkəməyə verildi

Prezident Adminstrasiyasının keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin nəzarətində olan "Bank BTB” Açıq Səhmdar Cəmiyyəti (ASC) məhkəməyə verilib.

Manevr.az
qaynarinfo-ya istinadən xəbər verir ki, Mustafayev Elnur Akif oğlu adlı şəxs Bakı Kommersiya Məhkəməsində sözügedən bank barəsində iddia qaldırıb. Açıq mənbələrdə işin mahiyyəti barədə məlumat yoxdur. İddia hakim Fərrux Qasımovun icraatındadır.

"Bank BTB" ASC-nin üç səhmdarı var:

1. Mehdiyeva Nigar İsmayıl qızı - 75%
2. Sadiq Rza İsmayıl oğlu - 19%
3. Mahmudova Tükəzban Ağa qızı - 6%

Nigar Mehdiyevanın Ramiz Mehidyevin gəlini olduğu bildirlir. Bu barədə mediada dəfələrlər yazılıb və qarşı iddiaları təkzib etməyib.

Nigar Mehdiyeva həm də "Bank BTB”nin digər səhmdarı Rza Sadiqin bacısıdır. Məlumatlara görə, onlar Nazirlər Kabinetinin Humanitar məsələlər şöbəsinin keçmiş müdiri İsmayıl Sadıqovun övladlarıdır. İsmayıl Sadıqov 2018-ci ildə tutduğu vəzifədən azad edilib.

Ramiz Mehdiyevin gəlini olduğu bildirilən Nigar Mehdiyeva "Digital Media” MMC-nin də təsisçilərindən biridir. MMC 20 avqust 2008-ci il tarixində dövlət qeydiyyatına alınıb.

Milli Televiziya və Radio Şurasının 28 oktyabr 2008-ci il tarixli qərarı ilə "Digital Media” MMC-yə 105.5 MHz tezliyində yayımlanmaq üçün radio yayımına xüsusi razılıq (lisenziya) verilib. Şura qərarını "Digital Media” MMC-nin "digər iddiaçılarla müqayisədə daha üstün yaradıcılıq imkanlarına, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına” malik olması ilə əsaslandırıb. Bu şirkət "Media FM” radiosunun sahibidir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar