Sizin Reklam Burada
Xəbər lenti
27-02-2025
26-02-2025
BÜTÜN XƏBƏRLƏR

Ərdoğan almaniyalı jurnalisti “casus” adlandırdı

Tarix: 04-03-2017 08:07     Baxış: 3327 A- / A+
Ərdoğan almaniyalı jurnalisti “casus” adlandırdı



Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayib Ərdoğan həbs edilmiş türk əsilli alman jurnalisti Dəniz Yucelin Almaniyanın casusu olduğunu bildirib. "NTV" telekanalı xəbər verir ki, Türkiyənin dövlət başçısı jurnalistin aylarla Almaniya Federativ Respublikasının konsulluğunda gizləndiyini əlavə edib.

Qeyd edək ki, Dəniz Yucelin bazar ertəsi İstanbulda həbs edilməsi rəsmi Berlinlə Ankaranın münasibətlərində müəyyən gərginliyə səbəb olmuşdu. Almaniya kansleri Angela Merkel jurnalistin azad edilməsini tələb etmişdi.

Dəniz Yucel terror təşkilatına üzv olmaqda, məlumatların qanunsuz istifadəsində, habelə terrorçuluğun təbliğində şübhəli bilinir.

"O, PKK üzvü olmaqla yanaşı, alman casusudur və bir ay ərzində Almaniya konsulluğunda gizlənib. Bir ay onun bizə verilməsini tələb etdik ki, Dəniz Yuceli məhkəmə qarşısına çıxaraq. Lakin onu bizə vermədilər. Mən Merkelə dedim ki, biz nə vaxt terrorçuların təhvil verilməsini tələb ediriksə, siz özünüzün müstəqil və obyektiv məhkəmənizə istinad edirsiniz. Amma biz də öz məhkəməmizə etibar edirik. Sonra onu bizə verdilər və məhkəmə Dəniz Yucelin həbsi barədə qərar çıxardı", – deyə Ərdoğan bildirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar