Xəbər lenti
Bu qızın üzü görənləri dəhşətə salır -VİDEO
Üzündə anadangəlmə şiş olan vloger nə danışa, nə də yeyə bilir.
Marimar Kvirova adlı gözəllik vlogeri üzündəki qüsurdan dolayı vaxtı ilə üzünü hamıdan gizlədib. Ancaq indi o, onlayn internet vasitəsi ilə minlərlə insana gözəllik dəri keçir.
21 yaşlı kaliforniyalı qız doğuşdan üzündə kistoznoy şişi ilə dünyaya gəlib. Üzündəki şiş qıza nə yeməyə, nə danışmağa imkan verir. Lakin vloger videoda müəyyən jest dilindən istifadə edərək danışır.
Marimar üçün gözəllik başqalarının sözlərinə fikir verməmək və özünü olduğu kimi qəbul etmək bacarığı deməkdir: “Sizin gözəlliyiniz özünüzdədir və üzünüzün başqalarından fərqlənməsi vacib deyil. Özünüzü olduğunuz kimi qəbul edin!”
Marimarın anası Mariya qızı doğulana qədər onun səhhətindəki şiş haqqında heç nə bilməyib. O, qızının bu dəhşətli xəstəliklə doğulan gündən mübarizə apardığını deyib. Qızın üzündəki şiş doğulanda çox böyük olub. Dəfələrlə əməliyyat olunduqdan sonra şiş bir qədər kiçildilib.
Mariya makiyaj etməyi çox sevdiyini, hələ uşaq olarkən güzgüdə özü ilə danışdığını söyləyib: “Danışa bilmirəm, boynumdakı yarıq vasitəsilə nəfəs alıram, qarnındakı dəlik vasitəsilə yeyirəm və sağ qulağım pis eşidir. Amma balaca olanda güzgüyə baxıb özüm-özümə gözəl olduğumu deyir və bütün müsbət cəhətlərimi sadalayırdım. Beləliklə tədricən məndə özünəinam yarandı. Makiyaj və yeni obrazlar təqdim etmək çox xoşuma gəlir. Xüsusilə də göz üçün kosmetik vasitələr sizin dünyada hamıdan gözəl olduğunuzu göstərir”.
Soial şəbəkədə böyük populyarlıq qazanan qız indi daha özünəinamlıdır. İndi Marimarın youtube kanalında 5 milyona yaxın izləyicisi var. Bu qədər uğur əldə edə biləcəyini gözləmədiyini deyən Marimar qadınları ruhlandırmaqdan zövq alır.
Təəssüf ki, ona mənfi fikirlər də bildirənlər olur. Marimar deyir ki, bəziləri ona meymuna bənzədəyini və çox çirkin göründüyünü yazır: “Belə hallarla üzləşəndə, onlardan bunu dayandırmağı xahiş edir, ya da blok edirəm. Buna baxmayaraq, mənim sadiq izləyicilərim də var”.
Bundan başqa Marimar axşamlar gözəllik salonuna kura gedir. Ötən il isə o, zumba üzrə üzrə təlimçi sertifikatı alıb. Maimar xəstəliyin gələcəkdə inkişaf edəcəyi haqqında heç nə bilmir, amma o, artıq gələcəklə bağlı böyük planları qurub: "Ümid edirəm ki, mən nə vaxtsa ailə quracağam. Karyeramla bağlı planlarım var. Ən böyük arzum öz kosmetika xəttimi buraxmaqdır. Bütün dünyaya və insanlara öz təcrübəmələrim barədə danışmaq və çoxlu səyahət etmək istəyirəm”.Publika.az.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar