Sizin Reklam Burada
Xəbər lenti
18-08-2025
17-08-2025
BÜTÜN XƏBƏRLƏR

"Ömrügödək xatirən dağların yaddaşında.. " -Xəqani HƏBİBOĞLU (ŞEİR)

Tarix: 03-03-2017 09:13     Baxış: 2508 A- / A+
 "Ömrügödək xatirən dağların yaddaşında..


Bu gün əslən Kəlbəcərdən olan, dünyadan vaxtsız köçən şair Ənvər Rzanın doğum günüdür. Xəqani Həbiboğlunun məhrum şairimizin xatirəsinə yazdığı "Xoş gördük, Ənvər Rza" şeirini Manevr.az-ın oxucularına təqdim edirik:

***

Hamı ilki-atalı,
Hamı sonda-yetimdi!
Yetimə həyat zülüm,
Dədəliyə- çətindi...
Yaşım yaşını keçdi,
Dünya ölüm-itimdi:
-Vaxt özün çəkir naza,
-Baxt özün çəkir naza,
Xoş gördük, Ənvər Rza!

...İndi mənlə yaşıdsan,
Bir vaxt əmim yaşında!
Özünü görməsəm də,
Nur heykəlin huşumda.
Ömrügödək xatirən
dağların yaddaşında.
Ləngərin ağır oldu
zamanın təlaşından:
Böyüklər qane aza,
Xoş gördük,Ənvər Rza!

Bulaq yuxusandasan,
Nolsun Tərtət yatmamış...
Ürəyindən yağ alıb
o Ay başıbatmamış...
Gözüm Dəlidağdadı,
Əlim qara çatmamış
ayağım çatdı buza,
Xoş gördük, Ənvər Rza!

Şair-anasıölmüş,
Kişnər qalan qulundu...
Kəlbəcər-İlahinin,
Yolu-sənin yolundu!
Güneydə qar qalmadı,
"Quzeydə qar sulandı!"
Az qalıb "yalan" yaza,
Xoş gördük, Ənvər Rza!

Elə urvata saldın,
Həsrəti sən, qəmi sən!
Şair, alim, vətəndaş,
tərcüməçi...hamı sən!
Yaxşılar yarışında
çempion kim?
Çəmi-sən!
Sözdən umac ovaraq,
Elə gözəl demisən...
Çoxu gedirdi duza,
Xoş gördük, Ənvər Rza!

Dəniz-sahili qumlaq,
Bulaq-dərddaş yarpıza!
Sel dağıda-dağıda,
Bulaqlar sıza-sıza.
Daşdan sızan bulaqtək,
Duruldun yaza-yaza.
İngilisin ürəyin
köklədin telli saza...
Xoş gördük, Ənvər Rza!


Xəqani HƏBİBOĞLU

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar