Xəbər lenti
"Bizim bəzi KİV dəqiqləşdirilməmiş informasiyaları yayırlar” - Müşfiq Ələsgərli
Müşfiq Ələsgərli: “Cəbhə ilə bağlı məlumatların verilməsi lazımdır ki, insanlar nə baş verdiyinin fərqinə varsınlar”
Manevr.az bildirir ki, bunu Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli medianın müharibə xəbərlərini işıqlandırması ilə bağlı məsələyə münasibət bildirərkən sputnik.az-a deyib.
Qeyd edək ki, Mətbuat Şurası internet informasiya resurslarına müraciət edib. Şura internet informasiya resurslarını atəşkəsin pozulması ilə bağlı yaydıqları məlumatlarda diqqətli olmağa, dəqiqləşdirilməmiş informasiyaları yaymamağa çağırıb. Media eksperti Müşfiq Ələsgərli deyir ki, Mətbuat Şurasının müraciətində cəbhə ilə bağlı məlumatların verilməməsi ilə bağlı şərt yoxdur: “Cəbhə ilə bağlı məlumatların verilməsi lazımdır ki, insanlar nə baş verdiyinin fərqinə varsınlar. Mətbuat Şurası gündəlik monitorinqlər apararaq hansı tipli informasiyaların verilməsinə aydınlıq gətirib”.
“Ermənilər təxribatçı informasiyaları dövriyyəyə buraxırlar. Bizim bəzi KİV-lər də dəqiqləşdirilməmiş informasiyaları yayırlar. Belə informasiyaların araşdırılmasına və müvafiq orqanlarla dəqiqləşdirilməsinə ehtiyac var. Eyni yanaşma xarici KİV-lərdə gedən məlumatlara da aiddir. Transmilli KİV-lər müharibələri informasiya baxımından idarə edirlər. Gözümüzün qarşısında baş verən İraq, Əfqanıstan müharibələri, Ərəb ölkələrində baş verən hadisələr buna bariz nümunədir” – deyə o bildirib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
İdman
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar