Xəbər lenti
Lalə Şövkətdən YENİ PROQRAMla çıxış edir - “Barışa körpü” adlı

“Lalə Şövkət şərti olaraq “Barışa körpü” adlanan proqramını yaxın vaxtlarlarda açıqlayacaq”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan deyib.
Onun sözlərinə görə, partiya lideri xalqın, Azərbaycanın inkişafına böyük töhfə verəcək islahat proqramını şərait yarananda elan ediləcək: “Bu proqramda söhbət iqtidarla bütün müxalifətin, cəmiyyətin siyasi barışığından gedir”.
Əvəz Temirxan qeyd edib ki, Lalə Şövkətin yeni proqramı cəmiyyəti milli və siyasi birliyə, barışığa səsləyir.
O, ALP liderinin cəbhədəki son gərginliklə bağlı fikirlərini də çatdırıb: “Lalə xanım hesab edir ki, Azərbaycan ordusu mətinliklə döyüşür və ordumuza uğur diləyir”.
Partiya sədri Lalə Şövkətin siyasətdən getdiyi barədə yozumlarla razılaşmadığını vurğulayıb: “Lalə xanım siyasətdən getməyib ki, qayıtsın. O, hər zaman siyasətdədir, sadəcə biz gündəlik işimizi mətbuata çıxarmağa ehtiyac duymuruq”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar