Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

"Arif Rəhimzadənin özünü türk hesab etməmək hüququ var" - Zərdüşt Əlizadə

Tarix: 02-03-2017 20:40     Baxış: 4336 A- / A+
"Arif Rəhimzadənin özünü türk hesab etməmək hüququ var"


Hər bir insan hansı millətə aid olduğuna özü qərar verir və bu nöqteyi-nəzərdən Arif Rəhimzadə özünü türk hesab etməyə bilər.

Manevr.az bildirir ki, bunu Azərbaycan deputatı Arif Rəhimzadənin Rusiya KİV-inə müsahibəsini şərh edərkən politoloq Zərdüşt Əlizadə deyib.

Xatırladaq ki, A.Rəhimzadənin həmin müsahibəsindəki "Bizim bədbəxtliyimiz ondadır ki, Rusiyada bizi türk hesab edirdilər, amma azərbaycanlılar türk deyil" fikri Azərbaycan sosial şəbəkələrində hiddət dalğası doğurub.

Z.Əlizadənin sözlərinə görə, İsveçdə və ya Norveçdə qaradərili insanlarla qarşılamaq olar, hansılar ki, Afrika köklərini unudub, özlərini isveçli adlandırırlar.

"İnsanın özünü hansı millətə aid etməsi onun öz seçimidir. Məsələn, mənim valideynlərim, bütün əcdadlarım, özlərini türk hesab edirdilər, amma mən özümü azərbaycanlı hesab edirəm və öz millətimlə fəxr edirəm. Bəli, mən də mədəni, iqtisadi planda türk birliyini dəstəkləyirəm, amma mən etnik millətçiliyə qarşıyam: istər türk , istərsə də alman millətçiliyi olsun. Buna görə Arif Rəhimzadənin bu məsələdə öz fikri ola bilər. Əvvəl-axır hər bir insan özünü kim hesab etdiyinini özü seçir”, - deyə Z.Əlizadə vurğulayıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar