Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Dəhşətli məğlubiyyətə düçar olduq - İrəvan etiraf etdi və könüllülər toplamağa başladı

Tarix: 02-03-2017 17:09     Baxış: 5450 A- / A+
Dəhşətli məğlubiyyətə düçar olduq


“Ermənistan prezidenti Serj Sarkisyan işğal olunmuş Azərbaycan ərazilərini qaytarmaq fikrindədir”.

Manevr.az xəbər verir ki, bu barədə Ermənistanda I Qarabağ döyüşçüsü Arkadi Karapetyan deyib.

Karapetyan keçmiş müdafiə naziri Seyran Ohanyanın “güzəşt edilməsi” haqda dediyi sözləri şərh edərkən, bildirib ki, prezident Serj Sarkisyan da eyni düşüncədədir: “Ohanyan kimdir? Seyran Ohanyan və Serj Sarkisyan eyni ağacın meyvələridir. Sarkisyan da eyni şeyi istəyir”.

Keçmiş erməni döyüşçü Ermənistanın Azərbaycana məğlub olduğunu qeyd edib.

“Biz vaxtında ən dəhşətli məğlubiyyətə düçar olduq və indiyə qədər balansı bərpa edə bilmirik. Bu gün Azərbaycan xaricə silah satır, biz isə şəxsi ehtiyaclarımızı təmin edə bilmirik. Anlayırsınızmı problem nədədir? Bu gün Ermənistan-Rusiya hərbi əməkdaşlığı çərçivəsində yalnız qarajlardakı kamazlar təmir olunur. Bu gülməlidir. Rusiya Azərbaycana silah satır, bizimlə isə kamaz təmir edir. Bu bizi ələ salmaqdır”, - deyə o, Ermənistan ordusunun acınacaqlı vəziyyətinə diqqət çəkib.

A. Karapetyan Ermənistan ordusunun yeni müharibədə qalib gələ bilməyəcəyini vurğulayıb: “Biz qalib sırasında olmaq üçün könüllü dəstələr yaratmalıyıq. Mən elə bu dəqiqə könüllü güclərin yaradılmasını istəyirəm. Çünki yeni müharibənin olması qaçılmaz görünür və biz əvvəldən nəsə etməsək, bu müharibədə məğlub olacağıq. Dəqiq bilmirəm, amma Müdafiə Nazirliyi bununla bağlı nəsə edir. Lakin işin daha genişmiqyaslı edilməsini istəyirəm”.(publika.az)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar