Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Doğru cavabı tapan hər il 1 milyon dollar alacaq

Tarix: 01-03-2017 21:47     Baxış: 4389 A- / A+
Doğru cavabı tapan hər il 1 milyon dollar alacaq


Dünyanın ən zəngin iş adamlarından biri, amerikalı multimilyarder Uorren Baffet sahibi olduğu "Berkshire Hathaway" fond şirkətinin əməkdaşlarına mərc təklif edib.

Manevr.az Forbes-ə istinadən bildirir ki, Baffetin şərtinə görə, ABŞ-da tələbələr arasında basketbol çempionatı olan "March Madness"in final mərhələsinə çıxacaq 16 komandanını hamısının adlarını dəqiq tapacaq şəxs ondan ömrünün sonunadək ildə 1 milyon dollar alacaq.

Doğru cavabı tapmaq üçün şirkətdə çalışan 367 min əməkdaşın hər biri cəhd göstərə bilər.

Uorren Baffet ilk dəfə belə mərci 2014-cü ildə açıqlamış və mükafat qismində 1 milyard dollar təklif etmişdi. Doğru cavabı kimsə tapmamışdı.

Ötənilki "müsabiqə"yə 85 min nəfər qatılsa da, kimsə qalib gəlməyib. Fəqət, U.Baffet ideal nəticəyə yaxın cavabları vermiş iki əməkdaşının hər birinə 50 min dollar ödəmişdi.

"Berkshire Hathaway" fond şirkəti aralarında Benjamin Moore, Fruit of the Loom, Geico və NetJets də olan 92 konsern və korporasiyadan ibarət nəhəng şirkətdir.

Amerikalı multimilyarder iş adamı Uorren Baffet 76,9 milyard dollarlıq varidata malikdir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar