Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Şəhid atası: "intihar etmək həddindəyəm"

Tarix: 18-08-2021 16:06     Baxış: 4645 A- / A+
Şəhid atası: "intihar etmək həddindəyəm"

Manevr.az Ucar rayonu Alpout kənd sakini, şəhid atası Sabir Abıl oğlu Cəlilov tərəfindən redaksiyanın elektron poçtuna göndərilən şikayət məktubunu təqdim edirik:

"Bildirirəm ki, oğlum Azad Cəlilov Azərbaycan Respublikasının suverenliyi və Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Buna görə mən valideyn olaraq fəxr edirəm, qürur duyuram. Hörmətli Prezidentimiz və yerlərdə vəzifəli şəxslər şəhid ailələrinə daima diqqət və qayğı göstərirlər.
Ucar rayon sakini, keçmiş polis əməkdaşı Əliyev Rəşid Məhərrəm oğlu 13 avqust 2021-ci ildə heç bir səbəb olmadan, məni və şəhidin ruhunu təhqir etdi. Buna görə, çox narahatıq, intihar etmək həddindəyik.
Belə ki, qonşuluqda yaşayan Əliyev Neman Məhərrəm oğlu bir neçə vətəndaşın evinə gedən su bərəsini iki ildir ki, qanunsuz bağlayaraq (bənd quraraq) sudan istifadəmizə qadağa qoymuşdur. Buna görə bizim şikayətimiz əsasında məsul vəzifəli şəxslərin göstərişi əsasında 13 avqust 2021-ci il tarixdə həmin su bərəsi açılması üçün orada iş gedirdi. Əliyev Rəşid Məhərrəm oğlu su bərəsini qanunsuz bağlayan Neman Əliyevin qardaşıdır. Həmin vaxt orada olan Rəşid Əliyev qəsdən mübahisə yaratdı və mənə bildirdi ki, "sənin oğlum Azad şəhid olmayıb, o balıq tutuanda su kanalına düşüb boğulub, ölüb, suyu açsan səni öldürərəm."
Şəhid atası: "intihar etmək həddindəyəm"

Mən bu sözdən bərk sarsıntı keçirmişəm, hazırdada özümü pis hiss edirəm, intihar etmək həddindəyəm.
Rəşid Əliyevin bu sözü bütün şəhidlərin ruhuna təhqirdir. Mənim oğlum şəhid olub, dövlət onun adını əbədiləşdirib. Rəşid Əliyevin bu sözləri cinayətdir, xalqa və bütün şəhidlərin ruhuna təhqirdir. Mən bu barədə Prezidentə, Mehriban Əliyevaya və hüquq mühafisə orqanları rəhbərlərinə ərizə ilə müraciət etmişəm.
Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb xahiş edirəm ki, şəhid oğlumun ruhunu və məni təhqir etmiş, ölümlə hədələyən Əliyev Rəşid Məhərrəm oğlunun barəsində qanuni tədbirlər görəsiniz

Əlaqə telefonum; (050) 643-26-40"

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar