Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

İsfəndiyar Vahabzadəni danışdıran ATA qanıdır

Tarix: 15-08-2021 14:18     Baxış: 31 002 A- / A+
İsfəndiyar Vahabzadəni danışdıran ATA qanıdır

Böyük Bəxtiyarın böyük oğlu İsfəndiyar Vahabzadənin Rusiya siyasətinin təlxəyinə adekvat cavabı hədəfin düz onluğuna dəyib, deyəsən.
Deyəsən, İsfəndiyar bəyin “Gülüstan”ın yazarının oğlu olmasını unudub “Qulustan” siyasətçiləri. Deyəsən, 30 il öncə Bakını qana boyayan qanlı rus generalının üzünə tüpürən böyük ŞAİRin böyük oğlu olduğu da unudulub. Bəxtiyarın oğlu da “baran” aşağılamasına adekvat “donuz” söyüşünü söyməyib, kim deyəcəkdi ki ?! Atalarımızın sözüdür, söymə nökər atamı, söyməyim bəy atanı. “Babaların şəni, şərəfi , əlbət, Bizə əmanətdir, böyük əmanət...Yoxmu qanımızda xalqın qeyrəti ? Belə saxlayarlar bəs əmanəti? “ hayqıran Bəxtiyar ATAnın qanını daşıyan OĞUL bəs nə deməliydi? “Biri “baran” , biri “xər” deyən eynəkli cənabla təsbehli ağanın” 200 ildən çoxdur sürən rəsmi aşağılamalarına Bəxtiyar qanı , Vahabzadə soyadı daşıyan igid susa bilməz axı!

Keçmiş böyük elçinin rus xalqını aşağılamasını iddia edənlər yanılırlar. Elçimiz elimizi “qoyun” sayanlara adekvat “donuz” cavabını verib. Elimə “qoyun” demə, elinə “donuz” deməyim. Gerçəkdə heyvansevərlər toplumu sözlərini deməlidir, donuz niyə aşağılansın ki?

16 avqustda böyük Bəxtiyarın 96 illiyidir. Böyük elçi oğullar böyüdən BƏXTİYARIMIZDAN 12 il yarımdır cismən ayrıyıq. Ruh , qan bağlılığı isə əbədidir. Biz qoyun deyilik, Qarabağı 44 gündə qurtaran qurdlarıq, əslimiz -nəslimiz qul olmayıb, Bəxtiyar Ata demiş :

ƏSLİMİ, NƏSLİMİ TANIYIRAM MƏN ,
QARIŞIQ DEYİLƏM, ÖZÜMDƏN HÜRKƏM.
SƏN KİMSƏN, SƏN NƏSƏN ÖZÜN BİLƏRSƏN ,
MƏN İLK QAYNAĞIMDAN TÜRK OĞLU TÜRKƏM!

Məğrur Bədəlsoy

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar