Xəbər lenti 
					
 
		Əfsanəvi Ömər Muxtarın sonuncu döyüşçüsü vəfat edib - 110 yaşında - FOTO+VİDEO

Liviyada İtaliya müstəmələkəçilərinə qarşı müqavimət hərəkatının sonuncu döyüşçüsü 110 yaşında vəfat etdi.
Moderator.az bu haqda xarici mediaya istinadla xəbər verir. Uzunömürlü Əbdürəzzaq əl-Barası ölkənin şərqindəki Bayda şəhərində vəfat edib. O, əs- Sanusi kral nəslinə mənsub idi.
İtaliya Liviyanı 1911-ci ildə işğal etmişdi. Liviya xalqı həmin vaxtdan 1951-ci ildə ölkənin avropalılardan tam azad edilməsindək müstəmləkəçilərə qarşı sarsılmaz mübarizə apardı.

20 il ərzində xalqının azadlığı uğrunda savaşmış əfsanəvi Ömər Muxtar işğlçılarla mübarizənin rəmzinə çevrildi. Xalq qəhrəmanı 1931-ci ildə italiyalılar tərəfindən əsir götürülərək edam edilmişdir. Bu igid müsəlman lider bu gün yenidən Qərbin işğalı altında inləyən Liviya, eləcə də digər müsəlman ölkələri üçün bariz bir nümunə olaraq qalır.
Moderator.az-ın təqdim etdiyi videoda Ömər Muxtarın dönməz mübarizəsindən bəhs edilir.
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















