Xəbər lenti
Erməni generaldan SENSASİON ÇAĞIRIŞ: “Artıq düşmənə qarşı nüvə silahından istifadə etməyin vaxtıdır, çünki onlar türkdür”
“Ermənistanın Silahlı Qüvvələri Azərbaycana qarşı “İsgəndər” raket kompleksindən istifadə etməlidir. Bunu isə Ermənistan deyil, Artsax etməlidir”.
“A24.az” erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Baş Qərargahın sabiq rəisi, 1993-cü ildə Müdafiə Nazirliyində köməkçi vəzifəsində işləyən general-leytenant Norat Ter-Qriqoryants birinci kanala verdiyi müsahibəsində deyib.
O, Ermənistanın müdafiə naziri Vigen Sarkisyanın “İsgəndər” silahlarından hansı məqamlarda istifadə edilə biləcəyi barədə səsləndirdiyi fikirlərə də münasibət bildirib.
Norat Ter-Qriqoryants misal çəkərək deyib: “Əgər düşmən Rusiya Federasiyasına hücum edərsə, Rusiya düşmənə cavab olaraq nüvə silahından istifadə etmək hüququna malikdir. Mənim nə demək istədiyimi yəqin ki, siz anladınız. Bu vəziyyətdə niyə Qarabağ bu silahdan istifadə etməsin? Əgər adi vasitələrlə təcavüzkarların qarşısını almaq mümkün olmasa, o zaman əlimizdə olan bütün vasitələrdən – “İsgəndər”lərdən istifadə etməliyik”.
Kanal əməkdaşları Ermənistanın həqiqətən də bu silahlardan istifadə edəcəyini dəqiqləşdirmək üçün Norat Ter-Qriqoryantsa sual veriblər. O isə: “Niyə də yox? Əlbəttə, mümkündür. Mən bunu təxmin etmirəm, mən buna əminəm ki, bu silahlardan istifadə etmək lazımdır. Lakin bunu Ermənistan yox, Artsax etməlidir. Çünki Ermənistana hücum etmirlər, Artsaxa hücum edirlər. Əgər Ermənistana hücum edilsə, bu zaman silahın bütün vasitələrindən, hətta kimyəvi silahdan da istifadə edilməlidir, əgər o varsa… Artıq düşmənə qarşı nüvə silahından istifadə etməyin vaxtıdır. Çünki onlar türkdür. Bu isə onları məhv etməyin yeganə yoludur”.
Daha sonra erməni general Norat Ter-Qriqoryants məkrini birüzə verərək Azərbaycanı türk faşist dövləti adlandırıb və bunları deyib: “Azərbaycanın bir məqsədi var: Artsaxı ələ keçirmək və 20-ci əsrdə Türkiyənin etdiyi kimi orda yaşayan erməniləri məhv etməkdir”.
Erməni general verdiyi müsahibəsində Naxçıvan Muxtar Respublikasına olan torpaq iddilarından da danışıb. “Erməni xalqımız bu təcavüzkar dövlətin əsarəti altına düşüb. Naxçıvanda bütün ermənilər yoxa çıxarıldıqdan sonra Azərbaycan müqavilə imzalayaraq həmin torpaqlara sahiblənib. Halbuki həmin ərazilər də Ermənistan əraziləridir və 1921-ci ilin 16 mart tarixində imzalanmış Moskva sülh müqaviləsi çərçivəsində həmin torpaqlar Azərbaycana verilib. Ona görə də bu müharibə onlar bir-birilərini məhv edənə kimi davam edəcək”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar