Xəbər lenti
Fransalı deputat öz prezidentini Xocalı soyqırımını tanımağa çağırdı
Xocalı soyqırımının tanınması ilə bağı Azərbaycanın apardığı işlər artıq öz nəticəsini verir. Avropanın 10-dan artıq ölkəsi, ABŞ-ın 23 ştatı, 60-a yaxın dövləti özündə birləşdirən İslam Əməkdaşlıq Təşkilatı və digər bir neçə beynəlxalq təşkilat tərəfindən Xocalı soyqırımı tanınıb.
Bu il isə Şotlandiya parlamenti Xocalı soyqırımını tanıyan qətnamə qəbul edib. Xocalı soyqırımının tanınması ilə bağlı Fransa prezidentinə də müraciət olunub.
Milli Məclisin üzvü, Azərbaycan-Fransa parlamentlərarası işçi qrupu rəhbərinin müavini Cavanşir Feyziyevin modern.az-a verdiyi məlumata görə, Xocalı faciəsinin 25 illiyi ilə əlaqədar Fransa Nümayəndələr Palatasının üzvü, Fransada fəaliyyət göstərən “Azərbaycanın dostları” Assosiasiyasının sədri cənab Jan-Fransua Mansel Fransa Respublikasının Prezidenti Fransua Ollanda muraciət ünvanlayıb. Müraciətdə deyilir:
"Cənab Prezident,
25 il bundan əvvəl, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistanın silahlı qüvvələri hələ sovet dövründən Xankəndində yerləşən 366-cı zirehli moto-atıcı alayın və hərbi hissənin köməyi ilə Azərbaycanın Xocalı şəhərini işğal edib. Hücumdan əvvəl 25 fevral axşamı şəhər ağır artilleriya tərəfindən çox güclü atəşə məruz qalıb. Fevralın 26-da səhər saat 5-də Xocalı tamamilə yandırılıb. Bölgənin əsas mərkəzi olan Ağdama qaçmaq ümidi ilə şəhəri tərk edən 2500 sakindən 63-ü uşaq, 106-ı qadın, 70-i ahıl olmaqla 613 mülki şəxs düşünülmüş şəkildə məhv edilib, 8 ailənin bütün üzvləri öldürülüb, 25 uşaq hər iki valideynini itirib, 1275 nəfər giröv götürülüb və onların da 150 nəfəri itkin düşüb.
Soyqırım olduğu heç bir şübhə doğurmayan bu cinayət Azərbaycan tarixinin ən dəhşətli, ən faciəvi səhifəsi sayılır və bu hadisə öz sərhədlərindən də kənarda bəşər tarixini daim yasa batıran iyrənc əməllər siyahısındadır.
Fransa erməniləri təşkilatlarının koordinasiya Şurasının illik naharı zamanı siz “Müharibə cinayəti və insanlıq əleyhinə cinayət hesab olunan bütün genosidlərin milli səviyyədə xatirə günü”nü təyin etməklə bağlı niyyətinizin olduğunu bəyan etmişdiniz. Bunu nəzərə alaraq, xahiş edirəm ki, sizin təşəbbüsünüz konkretləşərsə, Xocalı genosidi də bu çərçivədə yad edilsin.
Cənab Prezident, bütün həlak olmuşlar kimi cəlladlar tərəfindən qətlə yetirilmiş və ola bilsin ki, digər soyqırım qurbanları qədər tanınmamış bu azərbaycanlı əzabkeş qurbanlara da qardaş diqqəti göstərməyiniz üçün sizə minnətdar olardım.
Cənab Prezident, sizə olan yüksək ehtiramımı qəbul etməyinizi rica edirəm".
Jan Fransua Mansel,
deputat,
Azərbaycanın Dostları Assosiasiyasının sədri
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar