Xəbər lenti
Azərindən türk müğənniyə SƏRT CAVAB: - "Işılak çox böyük səhv edib"
Uğur İşılak “Çırpınırdı Qara Dəniz” mahnısının erməni bəstəkara aid olduğunu iddia edib.
Manevr.az xəbər verir ki, azərbaycanlı sənətçi Azərin həmin müğənnini bir cavabı ilə susdurub. Azərin “Çırpınırdı Qara Dəniz”in müəlliflərinin kimə aid olduğunu göstərən rəsmi sənədləri olduğunu və bu məsələdə heç bir mübahisəyə ehtiyac olmadığını vurğulayıb.
Azərin “Işlak çox böyük səhv edib, dərhal TÜRK Xalqından və mahnının bəstəkarı və sözlərin müəllifindən üzr istəməlidir”, - deyə cavab verib.
Azərin "Çırpınırdı Qara Dəniz" mahnısının musiqisinin Üzeyir Hacıbəyliyə, sözlərinin isə böyük şair Əhməd Cavada aid olduğununu qeyd edib:
"Bu mahnı arxivlərdə və sənədlərlə mövcuddur. Mən yaşadığım müddətdə "Çırpınırdı Qara Dəniz" mahnısı “Sarı Gəlin”-lə eyni taleyi yaşamayacaq".
Qeyd edək ki, türkiyəli bəstəkar, şair, aparıcı və müğənni Uğur İşılak həm də siyasətlə məşğul olur. O, Ədalət və İnkişaf Partiyası (AKP) üçün musiqilər bəstələyib. Bundan başqa, İşılak 2015-ci ilin iyununda Türkiyədə keçirilən parlament seçkilərində milli məclisə deputat seçilib. Lakin 2015-ci ildə təkrar keçirilən millət vəkili seçkilərində namizəd olmayıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar