Xəbər lenti
Safura HƏSƏNZADƏ: "Qayçı" -HEKAYƏ

Üz-gözünü çil basmış qıza bənzəyən qayçını əlimə aldım. Anamı çağırıb qayçının kimin olduğunu öyrənmək istədim.Anamsa mənə əsəbləşib onu hardan tapdığımı soruşdu.
Təzə evimizi heç sevməmişdim. Təmirsiz, köhnə suvaqlı, çöldəki otağın heç tavanı da yox idi. İlk gündən yağış başımızdan tökmüşdü. Evin taxtaları da o qədər aralı idi ki, üç yaşlı qardaşım zirzəmiyə yıxılıb qolunu qırmışdı. Həyəti böyük idi, ancaq göz oxşayan nə ağac, nə çiçək var idi. Elə qayçını da taxtaları aralanmış döşəmənin arasından tapmışdım.Bu paslı qayçıya görə az qala nənəm məni öldürəcəkdi. Nənəm dedi ki, day dünyada nə qədər bəla varsa, göydən daş kimi başımıza yağacaq. Qayçını əlimdən alıb dilinin altında qarğış edə-edə ayaqyoluna atdı. Guya bununla da xəta-bəla bizdən uzaq olacaq.
Bu axşam atam hər zamankından çox tez gəlmişdi evə. Qaşlarını elə çatmışdı ki, elə bil gözlərinin üstünə kömür çəkmişdilər. Nənəmin səsi balaca iki otaqda əks-səda verəndə bildim ki, nəsə qayçının zibilləridi. Atamı işdən çıxarmışdılar.
Səhər yuxudan oyananda tanımadığım, ağzı sağ qulağının dibində iki kəlməni bir-birinin ardınca deyə bilməyən bir qadınla nənəm tualetin başında fırlanırdı. Əllərindəki suyu həyətimizin dörd bir tərəfinə səpirdilər. Nənəm çənəsini qabağa uzada-uzada hökm eləyirdi ki, o qayçı ovsunludur, bu gün qayçını tualetdən çıxarmasaq falçının sözünə görə qara buludlar başımızın üstündən əl çəkməyəcək. Falçı taxtadan tualetə ayağını qoyan kimi tualet baxıcının başına uçdu. Həyətə yığışan arvadlar elə qıy çəkdilər ki, bədbəxt baxıcı nəcisdən yox küydən boğulacaqdı.
Biz o günü paslı qayçını tapmadıq. Həmin gündən təzə evimiz bizi axtarmağa başladı...
Safura HƏSƏNZADƏ
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar