Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
17-03-2024
BÜTÜN XƏBƏRLƏR

"Vətənin nəbzi vurur əsgər məzarlığında" - Dəyanət Osmanlıdan yeni şeirlər

Tarix: 22-07-2021 14:53     Baxış: 2961 A- / A+
"Vətənin nəbzi vurur əsgər məzarlığında" - Dəyanət Osmanlıdan yeni şeirlər
Dəyanət Osmanlı

Yaşıl üzlü
bozqurd səsli Qarabağım...

nə ağlarsan xısın-xısın
dağılıb itən
məzarlıq yerində.
Göz yaşından yaşıllaşıb
keçilməz oldu dağların.

Bu axşam
qaranquşlar qayıtdı
sənin də gedənin gəlsin.
Qopar düşmən yarasını
dilimin sözü göynəsin
öpsün gözlərim
uğrunda ölən igidlərin qanını.

Yaşıl gözlü Qarabağım
aç könlünün qapısını
vətəndən gələnin olsun
ya bir əsgər zərbəsində
ya bir bayraq küləyində
bir şəhid duası dinlə.

Vətəndən gələnin olsun...
dolanbac yolların tozlansın
əllərin düşmən qanına batsın.
Yaşıl çəmənlərində
yaşıl otların tapdansın.
Bayılsın ətrinə ruhum
məni yanında görüncə
yaşıl gözlərində
islansın üzüm.

Səslənsin bir kutsal himn
məzarımın başında
xəyalımı yandıran
zəfər atəşləri
körpələri diksindirsin
diriltsin xatirələri...

Məzarım alınmaz bir ürək

Bir əsgər vətənini
anasıyla al-dəyişik salmışsa
bu vətən uğrunda savaşdığında
balasının ana ovcunda
özgür yaşayıb
onurlu öləcəyinə inanmışsa
Tanrı da döndərəmməz onu ölümdən.

Bir şəhid əmin yatdığı torpaqda
cənnəti görmüşsə
və bu cənnətin üstündə
qazilik keçər arzuların könlündən.

Üstündən saysız illər keçib
kiminçün yaşayıb
kiminçün öldüyüm yadımda deyil
dağılmış bir qurd yuvasında
kimliyim unudulub.

Məzarım alınmaz bir qala
daşım susmaz bir tribuna
torpağım inləyir ürək kimi
küskün ruhların ayaqları altında.


Qazi marşı

Vətənin nəbzi vurur
əsgər məzarlığında.
Zəfər himni duyulur
yurdun hər sabahında.

Hər şəhidlik ünvanı
bir qanlı and yeridi.
Qoruyan yurd-yuvanı
ulu bayraq sehridi.

Bu torpağın bağrında
közdü düşmən yarası.
Bu ulusun alnında
paslanıb haqq davası.

Sözü dualı dilim
azadlıq sorağında.
Gözəl taledi ölüm
gözəl ölüm uğrunda.


Ucalıqlar sərdarı

Çarəsizliyin başı üstə
qosqoca türk bayrağı,
surətini görüncə
adamın sözü dilində,
dili ağzında titrər al-qumaş kimi.

Düşmənin qəsbkar xislətində
əsir-yesir qalan vətən torpağı
sərdarını bular-bulmaz
üstünə yeriyər
basılmaz ölümün
ardıyca o bayrağın...

Qosqoca türk bayrağı,
qızıl-qırmızı sinə dağı,
fələyin ünü yetməz yeniltməyə
qosqoca ucalıqlar sərdarını...

Zəfər öyküləri

1

İndi günəş
gecələr də çıxır...
türk eli Qarabağda.
Göy börünün səsindən
oyanır yatmış ruhlar
kutsal torpağım yenə
ər qanına boyanır
Tanrı bu gün dünyaya
Azərbaycandan baxır.
Hər gün yeni zəfər
azadlıq ətirli xəbər
indi millətim əsgər
bərq vurur qızıl qanım
ulu türk torpağında...
Ali baş Komandanım
Qarabağ göylərinə sancdığın
Zəfər bayrağı kölgəsində
millətin ürəyində
çoxdan arzuladığın
əbədi heykəlin dikilir.
Hər gün
efirin xəbər saatında
gözlərəm böyük Zəfər gününü...
Və hər saatda
fatehin dəmir yumruğuyla
pozulur təqvimdən qara günlərimiz...

2


Ey düşmən əlində
doğma yurdunun nizamı pozulmuş
qara nəfəs yelində
ocağının külüylə
anıları da uçub dağılıb ellərin.
Xəyalınzda düşmən işgəncəsi tək
dəfn edin qara bayramları
çıxardın əyninizdən qara libasları.
Və qarşılayın zəfər coşqusuyla
qazilərin çiynində qayıdan
kutsal bayarağa bükülmüş
qalib şəhid tabutlarını.
Vətən haqqını halal eyləyib
ölümsüzlük vermiş xilaskarına.
Qarabağın hər qarışında
şəhidlərin yadigar busatıyla
yazıldı tariximə şərəf öyküsü.
Fatehin hər çağırışında
"Ya Allah" kəlməsi kimi
duyulur hər ocaqda
savaş təbillərinin amiranə səsi.
Güllələrin nəfəsi dəydikcə
dağılır şər ehkamları gurultuyla
dili açılır daşların da.
Zəfər bayrağı eşqinə
Vətənin haqqı dirildkcə
atılır döyüşə yenidən
Murovun qarlarında donmuş canımız...

3

Qarabağın qoca dağları
yaralı Şuşa qalası...
özləmişdi öz fatehini
özünü yetirdi o da hızır kimi.
Can üstə olan Börü yuvası
tanıdı öz əsgərini güllə səsindən
artıq ilanın boğazı əlimizdə.
İndi bizim igidlər sürür
düşmənin tanklarını
Ölümsaçan qazilər
çevirir məzarlığa
düşmən səngərlərini.
Ey türkün yeni Fatehi
hər vətən övladı
əmrinlə ölməyə hazır.
Sən vur dedikcə əsgərinə
kölgəsində kutsal bayrağın
sinəsində kutsal torpağın
əsir yurdları qovuşdur əzizinə
Dost-düşmən içində
bizə utanc gətirən günahımız yuyulur
Vətənin tarixində yeni Vətən qurulur.

4

İndi bu qarlı qışda
əsgər dəbilqəsi
başı qarlı dağlara bənzər.
O qarı xarlamış dağlara
indi günəş hər gün
Qarabağdan doğur.

Nə olsun çoxdandır
günlərin çoxu yaddaşa yazılmayıb
ömürlərin çoxu həyatdan murad almayıb
Və ümidlərin çoxu uyğudan sağ oyanmayıb...
Və indi kutsal diriliş anıdır
indi kutsal quruluş anıdır.

Gecələr o uzaqda
göylərin dərinliyində
boz qurdun nəzərində
nur saçan hilal da
Zəfərimizə tanıqdır.
Türkün kəskin əhdində
və qılıncının tiyəsində
quruyan düşmən qanı
şəhidlərin qayıdan haqqıdır.
Dünyaya düşən
xilaskar aydınlıqdır.
Dərdli könlümüzün
həsrətli gözümüzün
işığı düşdüyü yer
bizdən imdad uman vətən torpağıdır.

Dəyanət Osmanlı

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar