Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Etibar Əliyevin 10 evi var, birini şəhid ailəsinə bağışlasın” - Video

Tarix: 19-07-2021 10:21     Baxış: 4801 A- / A+
“Etibar Əliyevin 10 evi var, birini şəhid ailəsinə bağışlasın”  - Video

Jurnalistlərin Həmkarlar İttifaqının sədri, tanınmış media eksperti Müşfiq Ələsgərli Milli Məclisin deputatı Etibar Əliyevi sərt tənqid edib. Ələsgərli deputatın jurnalistləri “ucuzlaşmış peşə”nin təmsilçiləri adlandırmasını qeyri-etik, obeyektivlikdən uzaq və əfdalətsiz adlandırıb.

Manevr.az xəbər verir ki, baki-xeber.com saytının canlı yayınında qonaq olan JuHİ sədri deyib ki, Etibar Əliyev məlum açıqlaması ilə jurnalistlərlə şəhid ailələrini üz-üzə qoymaq istəyir: “Bunun adı avantüradır. Mənim ailəmdən 16 şəhid var. Hər ailədə, hər nəsildə şəhid var. Niyə jurnalistlərlə şəhid ailələrini üz-üzə qoyurlar? İndiyə kimi peşə borcunu yerinə yetirərkən 20-yə yaxın jurnalist şəhid olub? Etibar Əlivdən soruşuram: Neçə deputat şəhid olub? Neçə deputatın ailə üzvündən şəhid var? Hansı deputat Vətən müharibəsində silaha sarılıb? Amma Vətən müharibəsində 34 jurnalist qələmini silahla dəyişdi, kişi kimi gedib vuruşdu. Bu sözləri məmurlara da şamil etmək olar. Etibar Əliyev çıxıb hesabat versin görək neçə məmurun, neçə deputatın ailəsində şəhid var? Bunu bilə-bilə jurnalistləri şəhid ailələri ilə üz-üzə qoymaq ədalətsizlikdir, xoş niyyətə xidmət etmir”.

Müşfiq Ələsgərli bildirib ki, jurnalistlərin sosial vəziyyəti yaxşı olmadığı üçün onlar öz pulları ilə mənzil ala bilmirlər: “Jurnalistlərə mənzili dövlət verir. Dövlət məsləhət bilsə ki, həmin mənzillər jurnalistlərə deyil, şəhid ailələrinə verilsin, hamı bunu alqışlayacaq. Siyasi manipulyasiya ilə məşğul olmağa ehtiyac yoxdur. Etibar Əliyevin 10 evi var. Şəhid ailəsinə ürəyi yanırsa, həmin evlərdən birini onlara bağışlasın”.

Həmin görüntüləri təqdim edirik:

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar