Xəbər lenti
"Dünyanın eşitmədiyi haray " -Nurəddin ƏDİLOĞLU
Publisistik düşüncələr
Xocalı soyqırımı haqqında daha nələri bilirik? Soyqırımda İslam
faktoru əsas amil olubmu? Niyə Xocalıda yüzlərlə azərbaycanlını
qətlə yetirən erməni və rus zabitləri azadlıqda gəzirlər? Niyə və
kimin xatirinə Xocalı şəhərini ermənilər “İvanovka” adlandırir?
25 ildir ki, üst-üstə verilən bu cavablı- cavabsız sualların qarşısında
əzab çəkirik...
Azərbaycanın Milli Qəhrəmanı mərhum telejurnalist Çingiz Mustafayevin göz yaşı içində, hıçqırtı ilə lentin yaddaşına köçürdüyü Xocalı faciəsini əks etdirən kadrlar dünyanın çox telekanallarında dönə-dönə nümayiş etdirilib.
Erməni faşistləri və onların xaç qardaşları olan rus hərbçilərinin birlikdə Xocalı camaatının başına gətirdiyi müsibətlər - orta əsr vəhşiliyi ilə qətlə yetirilmiş, dərisi soyulmuş, gözləri çıxarılmış, bədənləri dəlmə-deşik edilmiş meyitlər Azərbaycan xalqına qarşı kütləvi qırğının necə qəddarlıqla həyata keçirildiyindən soraq verən görüntülərdi. Uşaqların, qadınların, qocaların təhqir olunmuş cəsədləri cildi sökülmüş qalın bir kitabın cığırlara, yollara səpələnən qanlı səhifələrinə bənzəyirdi. Çingiz bu dəhşətli səhnələri lentə alanda da, həyatını təhlükə qarşısında qoymuşdu. Hər dəfə Xocalı soyqırımının ildönümü ərəfəsində o kadrlara baxanda, adamın ürəyi ağrıyır. Bəs görəsən, dünya ictimaiyyəti bu dəhşətli ölüm səhnələrini seyr edə-edə, niyə Xocalı harayanı 25 ildir ki, eşitmək istəmir?
Xocalı qırğını Amerika konqresi tərəfindən “1992-ci ilin faciəsi” elan olunsa da, niyə beynəlxalq məhkəmə cinayətkarları cəzalandırmadı?
Məgər Ermənistanın müdafiə naziri olduğu vaxt (indiki prezident) Serj Sarkisyanın aşağıdakı ifadələri onun 1949 –cu il Cenevrə müqaviləsinə uyğun olaraq Haaqa beynəlxlq cinayət tribunalına cəlb olunması üçün lazımı qədər əsas vermirmi?
Sery Sarkisyanın dediklərindən: “Biz bu barədə susmağa üstünlük veririk. Lakin düşünürəm ki, əsas məsələ tamamilə başqa idi. Xocalıya qədər azərbaycanlılar belə fikirləşirdi ki, bizimlə zarafat etmək olar, onlar düşünürdü ki, ermənilər mülki əhaliyə qarşı əl qaldırmağa qadir deyil. Biz bu stereotipi sındırmağa nail olduq. Nəticədə baş verənlər bəllidir”
(Tomas de Vaal, “Çernıy sad: Armeniya i Azerbaydjan mejdu mirom i voynoy”, Moskva: “Tekst”, 2005. )
İngilis jurnalistinə müsahibə verən hərbi canı Xocalıya hücum edən birliklərin Sumqayıt və Bakıdan qaçan ermənilərdən yaradıldığını söyləyəsə də, burada dinc əhalini qırmağı əvvəlcədən planlaşdırıldığını ortaya qoyur.
***
Bu gün Xocalı soyqırımından 25 il ötsə də, beynəlxalq təşkilatlar XX əsrin misli görünməmiş bu genosid hadisəsinə düzgün nə hüquqi, nə də siyasi qiymət veriblər. Axı, bəşəriyyəti narahat edən terrorçuluq, neofaşizm, ekstremizm Azərbaycana qarşı aparılan ədalətsiz müharibənin özəyini təşkil edir. Dünyanın “eşitmədiyi” Xocalı harayının elə Bakıda da yüksək postlar tutan o vaxtkı səlahiyyət sahibləri də qulaqardına vururdu. Hələ faciəyə qədərki dövrdə Xocalıdan gələn həyəcanlı xəbərlərə məhəl qoymayan respublikanın hüquq-mühafizə orqanlarının, səlahiyyətli şəxslərin laqeydliyi adamı dəhşətə gətirir. Belə həyəcanlı xəbərləri yayan mətbuat orqanlarından biri də “Qarabağ” qəzeti idi. 1990-cı ilin ikinci yarısından faciənin baş verdiyi günə qədər “Qarabağ”ın Xocalı harayını əfsus ki, eşidən olmadı.
“...Avqustun 27-dən 28-nə keçən gecə erməni quldurları Mehdikənd, Bozdağ yüksəkliyi, Kətik kəndləri tərəfindən Xocalı şəhərini avtomat, pulemyot və raket atəşinə tutmuşdular...” (“Qarabağ” qəzeti, 29 avqust 1991-ci il), “Xocalı təhlükədədir”, (“Qarabağ” qəzeti, 12 sentyabr 1991-ci il), “Toplar atılır, diksinirikmi?” (“Qarabağ” qəzeti, 4 oktyabr 1991-ci il), “Xocalı mühasirədə qalmışdır. Şəhər dörd bir tərəfdən atəşə tutulur” (“Qarabağ” qəzeti, 26 dekabr 1991-ci il). Qəzetin dərc etdiyi bu və başqa həyəcanlı xəbər və yazılarda birbaşa Xocalının tam təhlükəsizliyi üçün respublika prezidentinə təcili tədbir görmək barədə müraciətlər olunurdu.
Hələ 1991-ci il dekabrın 27-dən 1992-ci ilin fevralın 25-nə kimi Xocalı şəhər prokuroru Atakişi Atakişiyev respublikanın prezidenti Ayaz Mütəllibova, respublikanın baş prokuroru Murad Babayevə ünvanladığı təcili teleqramlarda bildirirdi ki, “Xocalı əldən gedir... Xocalı gedərsə DQMV ermənilərin olacaq”, “Xocalı Azərbaycanın taleyini həll edir”.
Bəli, Xocalı çoxdan mühasirədə idi. Camaatın işığı da kəsilmişdi, çörəyi də yox idi. Xalq yiyəsiz, kimsəsiz, başsız halda böyük təhlükədən qorxu çəkirdi.
Xocalı niyə verildi? Bu xəyanət kimə xeyir verə bilərdi? A.Mütəllibovun komandası xalqı MDB-yə boyun əyməyə vadar etmək istəyirdisə, iqtidara can atan bəzi
qüvvələr üçün bu, Ayazın özünə sarsıdıcı zərbə kimi düşünülmüşdü. Beləliklə, hər iki tərəf tarixi xəyanətin iştirakçısına çevrilirdi. “Xocalı yurdun qeyrət qapısıdır, onu yadlar açmamalıdır” kimi vaxtında dərc olunmuş ətraflı, həyəcan dolu yazı və müsahibələr faciədən 4 il sonra — 1996-cı ildə “Qarabağ” qəzetinin sifarişi ilə nəşr edilmiş “Qarabağda talan var...” kitabında öz əksini tapmışdır.
Xocalı şəhərinin yerlə-yeksan edilməsi Qarabağda elan edilməmiş müharibənin ən qanlı salnaməsi, Kərkicahanın, Malıbəylinin, Meşəlinin ardınca tarixdə ötən əsrdə ermənilərin törətdiyi böyük müsibət idi. Vaxtilə 1905-1906-cı, 1917-1918-ci illərdə də azğınlaşmış ermənilər Xocalını qarət edərək yandırmışdılar. Strateji araşdırmaçılar çox düzgün qeyd edirlər ki, Xocalı soyqrımına sadəcə 1992-ci ilin 25-26 fefralında baş vermiş faciə miqyasinda yanaşmaq düzgün deyil...
“Nə üçün ermənilər dinc əhalini öldürüblər?" -sualinı bölgə üzrə ekspert
S. Kornell belə cavablandırır: “Erməni tərəfin iki mühüm hədəfi var idi: birincisi, dinc əhalinin öz torpaqlarını bir daha geri dönməyəcəyi şəkildə tərk etməsi, ikincisi, dinc əhalini qorxutmaq yolu ilə Xocalıdan sonrakı ərazilərin işğalını asanlaşdırmaq və erməni işğalına qarşı dinc əhalinin müqvimətini qırmaq...”
Əslində erməni faşizmi bu qeyri – insani hərəkətlə alman faşizmindən də qəddar olduğunu nümayiş etdirdi. Almanlar işğal etdiyi ərazilərdən dinc əhalini çıxarmadılar. Nəticədə partizan hərakatı işğalın sonunu yaxınlaşdırdı. Erməni faşistləri görünür, almanların bu “səhvini” təkrar etməməkçün Xocalıda qanlı cinayətə əl atdılar. Əgər bu gün işqal olunmuş ərazilərdə azərbaycanlılar yaşasaydı, BMT-siz, ATƏT-siz erməni işğalına partizan hərakatı son qoyacaqdı...
Bəs görəsən XOCALIDA qanlı cinayətləri törədənlərə Ermənistanda yüksək vəzifə postları tutmağa hansı dövlətlər dəstək verir? Məgər Rusiya, Fransa, Amerika Adolf Hitleri və faşist cəlladlarını yəhudiləri qırdığına görə dəstəkləyirdi? Görəsən, bəs biz – Azərbaycanlılar niyə az qala “beynəlxalq turist təşkilatına” bənzəyən və “həmkarlar ittifaqı” funksiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunda məhz bu 3 dövlətin həmsədr olmasına uzun illərdi dözürük?
Bir an təsəvvür edək ki, Ermənistan İslam dövlətidir. BMT və ATƏT Qarabağın işğalını bu qədər düyünə salacaqdımı? Xocalı faciəsinə göz yumacaqdımı? Əsla!.. Demək, dünya siyasəti bu gün ən çox xristian amilinə söykənir.
ABŞ yeganə dovlətdir ki, terrorçuluq faktlarını pisləyə-pisləyə Dağlıq Qarabağın separatçı qrumunu, erməni-daşnak terrorçularını dövlət büdcəsindən maliyyələşdirir. Xaricdən, xüsusilə ABŞ-dan gələn maliyyə yardımı Ermənistanın əsas nicat yoludur və bu maliyyə dəstəyi Ermənistana Qafqazın İsraili ləqəbini qazandırmışdır.
Fransa açıq –aşkar ermənipərəst mövqeyini ortaya qoyub. Rusiya isə bilavasitə Xocalı soyqrımının birbaşa iştirakçısıdır...
1992-ci ildə isə Xocalının və ətraf məntəqələrin külünü göyə sovuran rus zabiti İvan Moiseyevin batalyonu idi. Bu batalyon ermənilər arasında “İvanın vəhşi batalyonu” kimi məşhurlaşmışdı. Faciənin acı nəticələri bunlardır: 623 nəfər şəhid, 1725 nəfər əsir, 8 ailə tamamilə məhv edilib, 215 uşaq bir valideynini, 25 uşaq isə hər iki valideynini itirdi. 1000 nəfərdən artıq xocalılı əlil və şikəst oldu. 150 nəfərin taleyi hələ də məlum deyil. (Şübhəsiz ki, Xocalıda ermənilər yerləşəndən sonra buranı “İvanın vəşi batolyonunun” şərəfinə “İvanovka” adlandırdılar, necə ki, Sarkozinin zamanında Ermənisatnda dünyaya gələn uşaqlara türklərin qatı düşməni olan Fransa prezidentinin adını qoyurdular) Hadisədən az müddət əvvəl Paris yaxınlığında gizli təlim düşərgəsi yaratmış, “ASALA” terrorçu təşkilatının 26 nəfərlik dəstəsi mayor Aşin Simonyanın başçılığı ilə Xankəndinə gəlmişdir. Onlar 366-cı alayın içərisində öz dayaqlarını yaradıb, polkovnik Y.Zarviqarova yerinə yetirəcəyi tapşırıq üçün əvvəlcədən 36 min ABŞ dolları vermişdilər. Bu məsələdən xəbər tutan 23-cü diviziyanın komandiri Boris Budeykin Zarviqarovun zabit şərəfinə xəyanət etdiyinə görə qovulmasını tələb etmişdi. 366-cı alayın hərbi əməliyyatlarda ermənilər tərəfinə keçib, azərbaycanlıları qırması, hərbi texnika və sursatı ermənilərə verməsi, əslində siyasi əhəmiyyət daşıyırdı. 366-cı motoatıcı alayın (bu alay 2 mart 1992-ci il tarixdə axşam radələrində vertolyotlarla 523 nəfərlik şəxsi heyətlə Gürcüstanın Vaziani bölgəsinə aparılmış, 10 martda marşal Şapoşnikovun əmri ilə ləğv edilmişdir) hərbi sursatlarının ermənilərə verilməsində general-polkovnik Qromov, general-leytenant Qrekov, general-leytenant Hakopyan, polkovnik Y.Zarviqarov (ermənilərə kömək etdiyinə görə 24 fevral 1992-ci il tarixdə saat 21.15-də artıq o, general rütbəsi almışdı), polkovnik O.Kraule, deputat Andropov və başqaları iştirak etmişdilər. Nəticədə ermənilər 23 ədəd PDM, 3 ədəd ZSU-23-4, 8 ədəd D-30 və başqa döyüş texnikası əldə etdilər.
Xocalıya hücüm ərəfəsində 366-cı motoatıcı alayın komandiri Y. Zarviqorovun əsgərlər qarşısında odlu-alovlu çıxışı rus əsilli heyətin ermənilərə dəstək verməsini qətilışdirdi. Cani alay komandiri çıxışında Qarabağ maharibəsinin “xristian-müsəlman müharibəsi” olduğunu belə vurğulayırdı: “Dünyanın isalm ölkələrinin nümayəndələri, hərbi müşavirlər Bakıya (?) yığışıb müzakirə edirlər ki, bizim xaçı necə sındıqıb, əzsınlər. Xristianlara qarşı bir yürüş var. Bu yürüşdə ya dinimizi, şərəfimizi qorumalıyıq, ya a şərəfsizliyi qəbul edib tabe olmalıyıq”.
Beləliklə, alayın hərbi texnika və silahlarının təxminən 85 faizi ermənilərin əlinə keçdi. Xocalının alınma planı bir həftə öncə, fevralın 20-də tam hazırlanmışdı. Xocalı hadisəsi ilə bağlı ermənilərin ruslarla əlaqələrinə aid sənədlərin bir qismi 1 mart 1992-ci il tarixində Zaqafqaziya hərbi dairəsinin aviasiya komandanı, general-mayor S.Lukoşovun əmri ilə yandırılmışdır. Dağlıq Qarabağda 02270 saylı hərbi
hissənin əks-kəşfiyyat şöbəsinin sabiq rəisi Vladimir Savelyevin “Zabit Puqaçov” imzası ilə BMT-yə, Avropa Şurasına və sair orqanlara ünvanladığı “məxfi arayış”ında belə xatırlamalar öz əksini tapıb: “Ermənilər ruslara məxsus olan “02-19 MM” nömrəli KAMAZ maşını ilə ərazidə olan azərbaycanlı meyidləri yığıb Xocalıda tonqal qurdular. Mən əsir alınmış azərbaycanlıları sıraya düzüb, ermənilərə qoşularaq tək-tək məhv edən və bundan böyük həzz alan rütbəli zabitlərin bəzilərinin adlarını tanıtmaq istəyirəm: polkovnik B.Baymukov - arxa cəbhə üzrə alay komandirinin müavini, mayor Seyran Ohanyan - 2-ci batalyonun komandiri, mayor Yevqeni Naboki—2-ci batalyonun komandiri, Çittiyən - 1-ci batalyonun qərargah rəisi, baş leytenant O.V.Mirxayzarov - rota komandiri, V.N.Qarmoş - tank rotasının komandiri, N.T.Hakopyan - rota komandiri, V.İ.Valilovski - rota komandiri, leytenant İ.S.Abraimov - tank əleyhinə batareya komandiri, S.İ.Patkovski - mühəndis istehkam rotasının komandiri, leytenant O.V.Balezni - 3-cü tank rotasının komandiri, leytenant Xrinxua - kəşfiyyat bölməsinin rəisi, A.V.Samkin - tank bölməsinin komandiri, V.İ.Bondarpriyev - kəşfiyyat rəisinin müavini, A.İ.Kulov - radio-kimyəvi bölməsinin rəisi və eləcə də daha 41 nəfər milliyyətcə erməni olan kiçik rütbəli şəxslər...”.
Yox, milliyətcə erməni olanlar təkcə kiçik rütbəli və ya adi şəxslər deyildi. Xankəndi şəhərdaxili işlər şöbəsinin rəsi işləmış Arno Abrmyan, Əsgəran DİŞ rəisi Mavrik Quqasyan, onun müavini Şaqen Baqseqyan, erməni xalq cəbhəsinin sədri Vitali Balasanyan, Xankəndi həbsxanasının rəisi S. Köçəryan və başqa vəzifəli şəxslərin adları bu qanlı hadisələrin iştirakçısı kimi müəyyənləşdirilmişdir.
Ermənistanın indiki prezidenti – dəfələrlə Azərbaycan prezidenti ilə görüşəndə narahatçılıq keçırən S. Sarkisyan Xocalı ilə bağlı yuxarıda dedi fikirlərdən aydın olur ki, törədilmiş BƏŞƏRİ FACİƏNİN baş rejissorlarından biri də onun özü olmuşdur. Yazımın bu yerində sadə bir Azərbaycan vətandaşı kimi öz emosionallığımı gizləyə bilmirəm. Siyasət öz yerində - saysız- hesabsız bu görüşlərdə cılız erməni prezidentin əlini havada saxlayıb: - Bu əl Xocalıda mənim xalqımın qanına bulaşıb –deməklə əl vermədən protokol qaydası üzrə, rəsmi və ya qeyri –rəsmi danışıqlar aparmaq olmazmı görəsən? Bəlkə dünya elə bu zaman bizi başa düşəcək? Dünya mətbuatı heyrətlə: “Baxın, görün, dərk edin, dünyadan öz işığını – neftini, qazını əsirgəməyən Azərbaycan dövlətinin rəhbəri Ermənistan dövlət başçısının əlini sıxmaqdan niyə imtina etdi? Çünki o əllər Xocalıda çinayət törədib! və s. və i...
Məni nərahat edən, daha doğrusu, Məhəmməd ümməti kimi ruhuma əzab verən daha bir-neçə sual var. Niyə Xocalı soyqrımına az qala saatlar qalmış İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Vilayəti Bakıda peyda oldu? Güya Bakıdan Dağlıq Qarabağa, ordan da İrəvana səfər edib 3 günlük (27fevraldan 1 marta kimi) atəşkəsə nail olmalıydı... Əgər İranın Azərbaycana müsəlman dövləti kimi canı yanırdısa, niyə o zaman müstəqilliyimizi tanıyan ilk dövlətlərdən biri
deyildi? Görəsən iranlı nazirin bu gəlişi 366-cı motoatıcı alayın komandiri Y. Zarviqorovun “...isalm ölkələrinin nümayəndələri, hərbi müşavirlər Bakıya (?) yığışıb müzakirə edirlər ki, bizim xaçı necə sındıqıb, əzsınlər. Xristianlara qarşı bir yürüş var” fikrinə qol-qanad vermək məqsədi daşıyırdımı? Rus zabiti sanki dünyaya bəyan edirdi ki, müsəlman ölkəsinin XİN rəhbərinin Bakiya gəlişi Azərbaycana kömək məqsədi güdür... Elə isə ərəzisindən müsəlmanlar qardaşlarını ayağı yalın, başı açıq halda qəddərcasına qovub çıxaran Ermənistana İran İslam Respublikası niyə ilk gündən arxa-dayaq durur? Bəlkə bu gün elə pik nöqtəsinə çatan erməni-fars dövlətləri arasında dosluğun əsasını da Xocalı qırğını, Azərbaycan ərazilərini ermənilər tərəfindən işğalı qoyub? Bu mənim subyektiv fikirim olsa da, zərrə qədər şübhə etmirəm ki, bu gün İran İslam Respublikası hətta Fransa prezidenti Sarkozinin müsəlman Türkiyəsinə - türk millətinə qarşı sərt qərarından belə xoşlanır, lakin bunu rəsmi şəkildə bəyan etmir... Ən qəribəsi də budur ki, qərb dövlətlrinin sansiyasına baxmayaraq Ermənistan İranla əməkdaşlığı gündən-günə genişləndirir.
Bəli, ABŞ, Rusiya, Fransa, İran kimi dövlətlərin rəhbərləri SİYASƏT adı altında öz mənfur əməlləri ilə təkcə xocalılara yox, bütün bəşəriyyətə qarşı ən amansız qətllərin birbaşa iştirakçısı olan Ermənistan rəhbəri ilə görüşüb-öpüşməkdən həzz alırlar. Xocalı hadisəsi Azərbaycan tarixinə xalqımızla bərabər bütün dünyanı qorxudan siyasi aksiya kimi yazıldı. Amma Xocalı SOYQRIMININ məlum müəllifləri hələ də naməlum şəkildə (?) öz layiqli cəzalarını almayıblar.
Bəşəriyyətə qrşı yönəlmiş bu qanlı CİNAYƏT cəzasız qalmamalıdır.
Ermənilərin təsiri ilə bir əsr öncəni “görüb”, qondarma “erməni soyqrımı”nı inkara görə cəza qnunu qəbul edən Fransa 25 il əvvəl dünyanın gözü önündə baş verən Xoclı soyqırımı “görməməzliyə” vurur. Ölməz Nizami Gəncəvi demişkən:
“İnkarla haqq sözü danmaqmı olar?!”
Tarixi həqiqəti təhrif edən, insan hüquqlarına və azad düşüncəyə zidd olan qərarın Fransa parlamentində qəbul olunması təbii haldır. Çünki Farnsa özü də bəşəriyyətə qarşı törədilmiş ən qanlı soyqırımlarının müəllifidir. Məhz terrori və soyqirımı dövlət siyasəti kimi qəbul edən Fransa Əlcəzairdə milyon yarım müsəlmanı, Marekeşdə, Cibutidə, Tunisdə, Çadda, Qabonda 100 minlərlə dinc əhalini məhv etmişdir. Görünür, fransızlarla erməni- daşnaklarının qanlı cinayətlər törətməkdə tərcümeyi-halı birdir. Ancaq bu iki bədbəxt millət öz tərcümeyi-hallarından “bixəbərdi”...
...Biz – Azərbaycan xalqı isə hər il fevralın 26-da Xocalı faciəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edirik. Təəssüf ki, bu bəşəri faciəyə həsr olunmuş “Vətən harayı” abidə kompleksi Bakının gözdən-könüldən iraq bir guşəsində qoyulmuşdur. Yaxşı olardı ki, yeni bir xatirə kompleksi şəhərin mərkəzində (Şəhidlər Xiyabanınında) ucaldılaydı və təkcə biz özümüz deyil, həm
də ölkəmizə gələn xarici qonaqlar, beynəlxalq təşkilatların nümayəndələri də qanlı Xacalı faciəsinin dəhşətlərindən soraq verən daha monimental və möhtəşəm abidə kompleksini görə biləydilər!...
Nurəddin ƏDİLOĞLU
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar