Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rioda ilk qızıl medalı qazandıq! Taekvondoçu Radik İsayev Azərbaycana ilk qızıl medal qazandırdı

Tarix: 21-08-2016 08:54     Baxış: 3287 A- / A+
Rioda ilk qızıl medalı qazandıq!

Azərbaycan idmançısı Rio da bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb

Azərbaycan Olimpiya tarixində taekvondo üzrə ilk qızıl medalını qazanıb. APA-nın xəbərinə görə, Radik İsayev həlledici görüşdə dünya və Avropa çempionumuz rəqibi Niger idmançısı Abdulrazzak İssufu ilə qarşılaşıb.

Qarşılaşmanın ilk hissəsində hesab açılmayıb. İkinci hissədə rəqibin başına bir zərbə endirən təmsilçimiz 3:0 hesabı ilə önə keçib. Raund bu hesabla başa çatıb. Həlledici, sonuncu raundda daha bir dəqiq zərbə ilə fərqi 6:0 edən Radik qələbəsinə şübhə yeri qoymayıb. Nigerli idmançının cəhdləri isə sadəcə 2 xal qazanmağa çatıb. Bununla da, 6:2 hesablı qələbə qazanan dünya və Avropa çempionumuz kolleksiyasına Olimpiya "qızıl"ını da əlavə edib.

Qeyd edək ki, bu, həm də Azərbaycan millisinin Rio Olimpiadasında qazandığı ilk qızıl medaldır.

+80 kq çəki dərəcəsində mübarizə aparacaq dünya və Avropa çempionumuz Radik İsayev yarışa 1/8 finaldan start verib. O, mərhələ adlamaq üçün Qazaxıstan idmançısı Ruslan Japarovla üz-üzə gəlib. Görüşboyu rəqibindən üstün olan Radik İsayev ilk raundda xal qazana bilməsə də, ikinci və üçüncü raundda bu üstünlüyünü xala çevirərək rahat qələbə qazanıb - 11:2.

Təmsilçimiz 1/4 finalda Dongmin Ça (Cənubi Koreya) ilə qarşılaşıb. Pekin Olimpiadasının qalibi ilə döyüş olduqca gərgin keçib. Qarşılaşma boyunca hesabda geri olan Radik sona bir neçə saniyə qalmış fəallaşaraq vəziyyəti xeyrinə dəyişə bilib. Rəqibin başına endirdiyi effektli zərbə ilə aradakı fərqi artıran idmançımız yekunda 12:8 hesabı ilə qalib gəlib.

Yarımfinalda idmançımız Böyük Britaniya təmsilçisi Mahama Ço ilə mübarizə aparıb. Ənənəvi taktikasına uyğun olaraq təmkinlə döyüşən idmançımız nəticəni son raundda həll edib. O, 0:1 geri düşdüyü görüşü 4:1 hesablı qələbə ilə başa vurub və finala adlayıb.

Bu, Azərbaycan Olimpiya tarixində növbəti ilk kimi tarixə düşüb. Belə ki, boks yarışlarından sonra taekvondoda da təmsilçimiz ilk dəfə finala yüksəlib.

Çıxışını başa vuran taekvondoçularımızdan Milad Beiqi Harşeqani (80 kq) və Patimat Abakarova (49 kq) bürünc medal qazanıblar. Fəridə Əzizova (67 kq) isə yarışı 5-ci yerdə bitirib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar