Sizin Reklam Burada
Xəbər lenti
15-07-2025
14-07-2025
BÜTÜN XƏBƏRLƏR

Qazaxın işğal olunan 7 kəndi bu tarixdə Azərbaycana verilə bilər

Tarix: 09-07-2021 20:02     Baxış: 4470 A- / A+
Qazaxın işğal olunan 7 kəndi bu tarixdə Azərbaycana verilə bilər

"Qazax rayonunun Ermənistan işğalı altında qalan 7 kəndinin geri qaytarılması məsələsi 10 Noyabr bəyanatından sonra bü günə qədər gündəmdə olub və hər zaman bildirilib ki, geri veriləcək. Ancaq bü günə qədər geri verilməməsi o demək deyil ki, ermənilər həmin yaşayış məntəqələrini boşaldıb Azərbaycan Silahlı Qüvvələrinə təhvil verməli deyillər”.

Manevr.az
xəbər verir ki, bu fikirləri moderator.az-ın "Bəzi məlumatlara görə, bu yaxınlarda Qazax rayonunun Ermənistan işğalı altında qalan 7 kəndinin də Azərbaycana qaytarılması gözlənilir. Siz necə düşünürsüz” sualına cavabında İstanbul Universitetinin Beynəlxalq Münasibətlər üzrə doktorantı, beynəlxalq münasibətlər üzrə analitik Teymur Qasımlı ifadə edib.

"Qazaxın kəndlərinin qaytarılması prosesi gec-tez baş verməlidir. Çünki həmin kəndlər Azərbaycan Respublikasının konstitusyon ərazisinə daxildir. Əldə etdiyimiz bəzi məlumatlara görə, yaxınlarda və ya avqust ayında Qazaxın sözügedən kəndləri geri qaytarılmalıdır. Bütün hallarda hesab edirəm ki, istər Qazaxın yeddi kəndi, istərsə də digər məsələlər, o cümlədən Xankəndi, Xocalı, Ağdərə və s. məsələsi Azərbaycan dövlətinin bundan sonra da atacağı düzgün siyasi-diplomatik addımlardan asılıdır. Ona görə də səbr etməli və siyasi prosesləri izləməliyik” - deyə beynəlxalq siyasi analitik bildirib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar