Xəbər lenti
Erməni deputatlar arasında DAVA - Samvel başından vuruldu
Erməni deputatlar arasında qarşıdurma yaşanıb.
Manevr.az azvision.az-a istinadən xəbər verir ki, Respublikaçılar partiyasının qərargahında deputatlar arasında dava olub. Məlumata əsasən Araratdan olan deputat Arayik Qriqoryan (Avşar Arayik) Masis şəhərində seçki qərargahı açıb. Onun seçki qərargahı digər respublikaçı namizəd Murad Muradyanın qərargahının qarşısında yerləşir. Bu isə Murad Muradyanın xoşuna gəlməyib.
Razılaşmaya görə, Masis şəhəri Muradyanın nəzarəti altında olmalı idi. Arayik razılaşmanı pozduğundan Muradyan onu cəzalandırmaq qərarına gəlib.
O, Arayikin qərargahına öz adamlarını göndərib. Muradyanın adamları bir neçə maşınla qərargaha daxil olublar və bundan sonra dava başlayıb. Seçki qərargahının məsul şəxsi Samveli döyüb başından yaralayıb.
Arayik Qriqoryan isə Muradyanın qərargahına daxil olaraq onun bu hərəkətinin cəzasız qalmayacağını deyib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar