Xəbər lenti
Azərbaycanın dostuna orden verildi - FOTO
Moldova İctimai Palatasının sədri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Moldova filialının rəhbəri Aurelia Qriqoriuya “Azərbaycanım” beynəlxalq jurnalının təsis etdiyi “Azərbaycanın dostu” qızıl ordeni təqdim olunub.
Manevr.az xəbər verir ki, ordeni xanım Aurelia Qriqoriuya jurnalın baş redaktoru Emil Nəsirli Strateji Araşdırmalar Mərkəzində “Xocalı soyqırımı Dağlıq Qarabağ münaqişəsinin ən böyük humanitar faciəsidir” mövzusunda keçirilən “dəyirmi masa” da təqdim edib.
Tədbirdə Emil Nəsirli çıxış edərək Dağlıq Qarabağ münaqişəsinin tarixinə toxunub, Azərbaycan ərazisinin 20 faizinin hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğunu diqqətə çatdırıb. O, 1992-ci il fevralın 26-da Xocalı şəhərində milliyyətçilik və etnik ayrı-seçkilik zəminində xüsusi amansızlıqla azərbaycanlılara qarşı qırğın törədildiyini qeyd edib, soyqırımı qurbanları haqda məlumat verib, beynəlxalq ictimaiyyət tərəfindən bu aktın insanlıq əleyhinə cinayət kimi tanınmasının vacibliyini vurğulayıb.
Baş redaktor tədbirdə iştirak edən Moldova İctimai Palatasının sədri, siyasi xadim Aureliya Qriqoriuya Azərbaycan həqiqətlərinin, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı faktların və təcavüzkar Ermənistanın işğalçı siyasətinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük işlər həyata keçirdiyini qeyd edib.
Aureliya Qriqoriu qızıl ordenə görə təşəkkürünü bildirib. O, Xocalı faciəsinin təkcə Azərbaycan xalqının yarası olmadığını söyləyib, bu qətliamı bütün dünyanın ağrısı və bəşəriyyətə qarşı yönələn cinayət kimi dəyərləndirib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar