Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Niyə belə edirsiniz?" - Fəridə Əzizova

Tarix: 20-08-2016 20:55     Baxış: 2309 A- / A+
"Niyə belə edirsiniz?"

"Bu günə qədər heç bir hakimə bircə dəfə də hörmətsizlik eləməmişəm. Amma niyə belə edirsiniz".

Musavat.com xəbər verir ki, bunu Rio-2016 Yay Olimpiya Oyunlarını medalsız tərk edən taekvondoçumuz Fəridə Əzizova yazıb.

Fəridə Əzizova bürünc medal uğrunda döyüşün hakim heyəti haqqında sərt ifadələr işlədib: "Boş yerə cərimə də veriləndə baş əyib döyüşmüşəm. Amma etiraz kartı çıxaranda ona baxmamaq nədir? Əgər dünən etiraza baxılsaydı, rəqibə cərimə verib, xalını silərdiniz. İkinci olimpiadadır, eyni şey baş verir. Londonda mənim başa vurduğum təmiz zərbə sayıldısa, Rioda rəqibin tutaraq başa vurduğu zərbəyə xal verildi".

Taekvondoçumuz iddia edib ki, hakimlər döyüşlər zamanı sosial şəbəkədə olurlar: "İndi baxıram: baş hakimlər və təkrar videoya baxanlar oturublar Facebook-da canlı yayimda. Başınızı telefondan çıxarın də. Döyüş gedir. Bəlkə udan, uduzan var. Bəlkə biri ölüb orda...".

Xatırladaq ki, 67 kq. çəkidə Azərbaycanı təmsil edən Fəridə Əzizovanın ilk döyüşü 1/8 finala təsadüf edib. Dünya və Avropa çempionatlarının bürünc, Avropa Oyunlarının gümüş mükafatçısı ABŞ təmsilçisi Peyc Makferson gücünü yoxlayıb. Həmyerlimizin dünya çempionatının və London Olimpiadasının 3-cüsü ilə qarşılaşması gərgin alınıb. Belə ki, ilk xalı Fəridə alsa da, ardınca geri düşüb - 1:4. Lakin məşqçilərin lazımı tapşırığı ilə Əzizova nəinki bu fərqi aradan qaldırıb, hətta 6:5 hesabı ilə qələbə qazanıb.

Taekvondoçumuz 1/4 finalda Niqora Tursunqulova (Özbəkistan) ilə qarşılaşıb. Döyüşə rəqib fəal başlayıb. Hətta ilk xalı da özbək idmançı qazanıb. Ancaq özündə güc tapan Fəridə Əzizova möhtəşəm geridönüş edərək 5:1 hesablı qələbə ilə yarımfinala yüksəlib.

Yarımfinalda Hyeri Ohla mübarizə aparan idmançımız təəssüf ki, final arzusunu reallaşdıra bilməyib. Gərgin döyüş rəqibin xeyrinə yekunlaşıb - 5:6.

Təmsilçimiz bürünc medal uğrunda çıxışını davam etdirib. Onun rəqibi Fil Dişi Sahilindən Kristel Qbaqbi olub. Ancaq xanım idmançımız bu mübarizədə də məğlub olaraq Olimpiada ilə medalsız vidalaşıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar