Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ərdoğan istəsə, Xankəndini də, lap İrəvanı da götürəcək - Satanovski

Tarix: 22-06-2021 10:58     Baxış: 4722 A- / A+
Ərdoğan istəsə, Xankəndini də, lap İrəvanı da götürəcək - Satanovski

Ermənistandakı seçkilərdə Nikol Paşinyanın partiyası qalib gəldi. Onun tərəfdarları daha çox birləşmişdi, nəinki rəqiblərinin. Ya rəqibləri öz hakimiyyətləri dövründə seçiciləri bezdirmişdilər, ya da onlara görə yaxşı səs vermədilər. Lakin Paşinyan yenə ölkənin rəhbəridir. Ona görə də, Yerevandakı Amerika səfirliyi “5”ə layiq işləyib, Dövlət Departamenti isə “5 üstəgəl”ə layiqdir.


Rusiyalı politoloq Yevgeni Satanovski Ermənistandakı parlament seçkilərinin nəticələrini özünün Telegram-kanalında belə şərh edib.

Ərdoğan istəsə, Xankəndini də, lap İrəvanı da götürəcək - Satanovski


“Və yenə də ölkənin başında onların adamıdır-heç nə ona yenidən Ermənistanın rəhbəri olmağa mane ola bilmədi, belə görünür ki, heç mane də ola bilməzdi”,-politoloq yazıb.

Y.Satanovski bildirir ki, Paşinyan hökumət başçısı olanda Ermənistan müharibədə məğlub olub, böyük sayda insan itkiləri, ərazilərin itirilməsi-bütün bunlar hamısı onun xidmətləridir. Çünki Paşinyan Moskvanın münaqişədən Ermənistan üçün daha sərfəli variantda çıxmaq barədə təkliflərini israrla qəbul etmədi.

“Ermənistan dünyada Rusiyadan başqa çətin ki, kiməsə lazımdır, Paşinyanın Moskva ilə münasibətləri isə mürəkkəbdir. Çətin ki, bu münasibətlər gələcəkdə daha aydın olsun”,-Satanovski bildirir. Rusiyalı politoloqun fikrincə, Rusiya sülhməramlıları Qarabağda əbədi deyil və ümumiyyətlə, bu dünyada heç nə, heç kim əbədi deyil. Politoloq Türkiyənin regionda gücləndiyini qeyd edir və bildirir ki, Rusiyanın hərbi iştirakı olmasa Qarabağda ermənilərin iştirakı da olmayacaq. “Ərdoğan onda istəsə Stepanakerti (Xankəndi,-red.) də götürəcək. Lap istəsə Yerevanı da. Maraqlıdır, Paşinyan o zaman buna necə mane olacaq...?”,-Satanovski yazır.

Qeyd edək ki, Paşinyanı hələlik Moskvadan təbrik edən olmayıb. Kremlin sözçüsü Dmitri Peskov onun qələbəsinin “şəksiz olduğunu” təsdiqləməklə kifayətlənib. Rusiya XİN-in sözçüsü Mariya Zaxarova isə seçkilərin Ermənistanın inkişafına imkan yaradacağına ümid etdiyini bildirib. (virtualaz.org)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar