Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Düyməli telefonlarınızı atmayın - “Whatsapp” bunu da etdi

Tarix: 20-06-2021 05:44     Baxış: 3626 A- / A+
Düyməli telefonlarınızı atmayın

“Whatsapp” tərtibatçıları insanlar arasındakı ünsiyyət imkanını daha da genişləndirmək qərarını veriblər.

Manevr.az “technote”a istinadən xəbər verir ki, bundan sonra sözügedən messencer vasitəsilə “KaiOS” əməliyyat sistemli bir çox sadə düyməli mobil telefonlara zəngləri reallaşdırmaq mümkün olacaq.

“Whatsapp” hələ bir neçə il bundan öncə “KaiOS” platformasında istifadəyə verilmişdi. Ucuz telefonlara sahib istifadəçilər bunun sayəsində messencerin bir sıra funksiyalarından istifadə etmək imkanına sahib oldular.

Beləliklə onlar öz yaxınları ilə ünsiyyəti asan şəkildə davam etdirə bilirdilər. “Whatsapp”ın 2.2110.41 yenilənməsi ilə isə həmin istifadəçilər messencer vasitəsilə istənilən cihaza birbaşa zəng etmək imkanını əldə ediblər.

Tərtibatçılar bu yeni funksiyanı istifadəyə versələr də o, hamı üçün aktiv deyil. Belə ki, funksiyanın çalışması üçün telefon minimum 512 MB RAM-a sahib olmalıdır. Bu isə o deməkdir ki, ucuz düyməli telefona sahib bir çox istifadəçi messencer vasitəsilə birbaşa zəng funksiyasından istifadə edə bilməyəcək.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar