Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Mustafa Doğanla "Könül yolçuluğu"na davam

Tarix: 15-06-2021 14:18     Baxış: 3382 A- / A+
Mustafa Doğanla "Könül yolçuluğu"na davam

Mustafa Doğan 1971- ci ildə doğulub. Mersində təhsil alıb. ”Gülə düşən göz yaşı” adlı ilk şeirlər kitabı 2013- cü ildə oxucuların ixtiyarına verilib. Mersin Şair və Yazarlar Birliyi rəhbəridir. (MEŞYAD)

İRAZ

Dikmə gözlərini
Canımın yandığı yerə.
Gizlətdiyim cinayətim var.
Nə zaman ağlımla olsam,
Qəlbim üsyan edər.

Yenə də incimə,
İlk sən söylə,
Üzümə söylə.
Yorğun bir kadavr kimi
Vaz keçdiklərimi müdafiə edim.
Qadağan et düşünməyi
dönüşlərində.
Canımı coğrafiyana bağışladım,
Məni anlayıb öldür,

İçimdən ah çıxana qədər.
İraz…
Sən hey güldüyündə
Yaşamaq sinəmə yapışır.
Qəlbimin sahillərindən köhnə bir gəmi
Bata- bata sənə yetişir.

Sən bunu bilməzsən, İraz.
Mənim qanım səndə doğulub
Məndə dolaşır, İraz.
İraz!


MƏLƏKLƏR ÖPSÜN ƏLLƏRİNDƏN


Çəkməyən nə bilsin ana həsrətin.
Qırıldı kökündən biləklər ana.
Öyrəndim sayəndə haqqın qiymətin,
Ahımdan inlədi fələklər, ana.

Burnumda tuturam töhmətin, nazın.
Yerləşib içimə yoxluq ayazın.
Məni də yetimlər yanına yazın,
Qaralar bağladı ürəklər, ana.

Ayrılıq yükünü çək- çək bitməyir.
Ay deyil, il deyil, səbr yetməyir,
Röyalarda görmək fayda etməyir.
Qoynunda böyüsün çiçəklər , ana.

Kamala dolunca həyat oyunu,
Yaşayan hər qulun ölümmüş sonu.
Ey gözəl Allahım, incitmə onu.
Yetişdi səmaya diləklər, ana.

Ağlıma gəldikcə gözlərim doldu.
Saraldı camalım gül kimi soldu.
Sənsizlik bağrımda qızıl qor oldu.
Atəşdən çuxaymış gerçəklər, ana.

Adın yazılınca yox dəftərinə,
Ədəblə yüyürdüm haqq səfərinə,
Nə olar bu bayram övlad yerinə,
Əllərindən öpsün mələklər, ana.

QƏTİ İNANMA.

Qəlbimdə eşqimə sərəncam verib,
Ovutdum desəm də, qəti inanma,
Könül qapısında səbri tükətdim,
Uyutdum desəm də, qəti inanma.

Qara gözlərinin içinə dalıb,
Hər gecə sevdiyin mahnını çalıb,
Həsrəti kor kimi qoynuma alıb,
Dağıdım desəm də, qəti inanma.

Bağlayıb bəxtimin qaralarını,
Söndürdüm vüsalın çıraqlarını,
Gizləyib ürəyin yaralarını,
Soyudum desəm də, qəti inanma.

Adının hərfinə bənzər sözümə,
Qadağan etmişəm adını dilimə,
Şəhərindən keçid yox qəlb evimə,
Çürütdüm desəm də, qəti inanma.

Nə olar mənimçün yorma başını,
Könül xanəm yol keçən xandı.
Sildim hafizəmdən hər xatirəni.
Unutdum desəm də ,qəti inanma.

Bil, bütün vəziyyət bundan ibarət,
İstərsən sevgi ver, istərsən əhv et,
Gözlərimdə yağmur görsən ki, şayət,
Qurutdum desəm də, qəti inanma.

SOYUQ TƏK BİRLƏR

Aşıb keçilməz dağlarda vətən- vətən!- deyərək,
Yeridilər ölümə meydan oxuyaraq.
Qaraltmasın kölgələr yurdumun üstünü deyərək,
Qardan kəfən geydilər, adət yıxarcasına.
Bir qatı səssizlik dinlər Allahu Əkbər!
Yer, göy şahidlik edər, inlər Allahu Əkbər!
Dağlar gənc fidanlarla bəzəndi naxış- naxış,
Cənnət bağçası qoxur ayazda Sarıqamış.

Bənzəri yox tarixdə cəbhəyə bu gedişin.
topla, tüfənglə birgə fırtınada donmuşlar.
Ancaq sənə yaraşır adınla dolub daşmaq.
Şəhadət zirvəsinin narıyla qovrulmuşlar.
Bir qatı səssizliyi dinlər Allahu Əkbər!
Təvəkkülü bəlanın önünü kəsər, Allahu Əkbər!
Donan əl- ayaqlardan utanaraq qara qış.
Gülşənə meydan oxuyur ayazda Sarıqamış.

Allah deyən ürəyə neyləsin qara soyuq,
Qİyamət qazisi tək eyni səfdə toplandı.
Dodaqlar kilidlənmiş, baxışları donuq,
Tək bir güllə atmadan bağrımıza saplandın,
Bu qatı səssizliyi dinlər Allahu Əkbər!
Yüksəlb ərşə qalxır Allahu Əkbər!
Müqəddəs bədənləri qarın suları yudu.
Gözdə yaşı dondurur ayazda Sarıqamış.

Əsrlik bir çinarın budağıydı yüz min nəfər,
Budanan ağacların pöhrəsi gur olur.
Cənnətə müştaq imiş belə bir qutlu səfər,
Haqq yolunda yüyürən millətlər azad olur.
Bu qatı səssizliyi dinlər Allahu Əkbər!
Ölümü üşüdür minlər Allahu Əkbər!
Çöhrələrdəki mətanət, cəsarət dolu baxış,
Rəhmətlik olub, bənd yıxar ayazda Sarıqamış.

TƏQDİM ETDİ : Nazilə Gültac

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar