Xəbər lenti 
					
 
		“Prezidentin bu sahədə çox ciddi tapşırıqları var...” -Musa Quliyev

Yeni əmr həkim-xəstə münasibətlərinin inzibati yolla hüquqi müstəvidə çözülməsi üçün bir nəzarət mexanizmi olacaq, artıq bundan sonra həkimlərin, bütövlükdə səhiyyə müəssisəsi rəhbərlərinin, həmçinin orta tibb işçilərinin məsuliyyətini artıracaq.
Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a Səhiyyə Nazirliyində korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə dair əmri şərh edən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib. Millət vəkili bildirib ki, prezident ölkədə korrupsiya və monopoliyanın qarşısının alınması sahəsində birbaşa fəaliyyət göstərir və çox ciddi tapşırıqlar var:
“Səhiyyə Nazirliyində uzun müddətdir ki, korrupsiya ilə mübarizə gedir, islahatlar aparılır. Bu islahatların bir hissəsi korrupsiyanın aradan qaldırılmasının hüquqi, iqtisadi bazasını həll edir. Məsələn, test yolu ilə həkimlərin işə qəbulu, sertifikat, tibbi təhsilin rezidentura pilləsinə imtahanlar və kadrların təyinatında test üsulundan istifadə olunması hüquqi yolla korrupsiyanın aradan qaldırılmasına xidmət edir. Yeni əmr həkim-xəstə münasibətlərinin inzibati yolla hüquqi müstəvidə çözülməsi üçün bir nəzarət mexanizmi olacaq və artıq bundan sonra həkimlərin, bütövlükdə səhiyyə müəssisəsi rəhbərlərinin və orta tibb işçilərinin məsuliyyətini artıracaq. Ancaq səhiyyə və xidmət sahəsində korrupsiyanın aradan qaldırılması işinin daim təkmilləşməsinə ehtiyac var”.
Millət vəkili hesab edir ki, gələn il icbari sığortanın tətbiq olunması da həkim-xəstə münasibətlərində korrupsiya hallarının iqtisadi əsaslarının tamamilə aradan qaldırılmasına gətirib çıxaracaq:
“Zənnimcə, digər nazirliklər də oxşar əmrləri imzalamalıdırlar. Bu fonda ictimai nəzarət mexanizminin olması da mühüm əhəmiyyət kəsb edir. Xüsusilə də QHT-lərin fəallıq göstərməsi bu işdə dəstək rolunu oynayacaq”.
Qeyd edək ki, ötən gün Səhiyyə naziri Oqtay Şirəliyev Prezident Administrasiyasının tapşırığına əsasən “Korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi barədə” əmr imzalayıb.
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər

.jpg)

 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















