Sizin Reklam Burada
Xəbər lenti
26-01-2025
25-01-2025
BÜTÜN XƏBƏRLƏR

Qarabag da o Vətənin bir parçasıdır - Məzahir Süleymanzadə - HEKAYƏ

Tarix: 22-02-2017 09:36     Baxış: 4276 A- / A+
Qarabag da o Vətənin bir parçasıdır


Nəvəm Məryəm divardakı xalçanı döstərib məndən soruşdu:

-Baba, xalçanın üzərindən asdıqların nədir?


-Biri sazdı, mənim balam, o biri də tüfəng.

-Onları neyləyirlər, baba?

-Sazı çalırlar, qızım, tüfənglə atəş açırlar.

-Bəs onları niyə xalçanın üzərindən asmısan, baba?

-Elimizin adətidir,mənim balam,evə dost kimi,qonaq kimi gələnləri sazla, musiqi ilə qarşılayarlar, düşmən kimi gələnlərə tüfənglə cavab verərlər.

-Bəs o sazı niyə çalmırsan, baba?

-O sazı düz iyirmi iki il əvvəl mənim atam, sənin atanın babası divardan asıb. Tapşırıb ki, Qarabağ azad olunanda çalarsınız.

-Baba, bəs tüfəngi nəyə hündürdən asmısan?

-Ona görə hündürdən asmışam ki, sənin əlin çatmasın.

-Niyə? Mən onu oynada bilmərəm?

-Yox, qızım, silahla oynamaq olmaz. O çox təhlükılidir, içində güllə var. Ehtiyatsızlıq eləsən, güllə gedib dəyər babana, baban ölər. Sən istəyirsən baban ölsün?

-Yox, baba, mən səni çox istəyirəm. Sən ölsən, bəs mənə kim nağıl danışar, oyuncaq alar? Kim məni gəzməyə aparar?

-Agıllı qızım,ona gürə də tüfəngə əl vurmaq olmaz.

-Onda sazı ver, oynadım.

-Yox,qızım,dedim axi,o saz Qarabağ azad olunanda çalınacaq.

-Qarabag nədi, baba?

-Sən bağçada "Vətən" mahnısı öyrənmişdin ha, yadındadl?

-Hə, baba, mən o mahnını çox sevirəm. Oxuyum səninçün?

-Oxu, qızım, oxu.

-Gözəl Vətən, can Vətən,
Əziz, mehriban Vətən!


-Ay sağ ol,qizim, bax, Qarabag da o Vətənin bir parçasıdır.

-Baba, böyüyəndə məni Qarabağa aparacaqsan?

-Əlbəttə, mənim balam, Cıdır düzünün əlvan çiçəklərindən dərib sənin saçlarına düzmək mənim ən müqəddəs arzumdur...

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar