Sizin Reklam Burada
Xəbər lenti
16-04-2024
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

Deputat köçkün rayondan olan seçicilərlə görüşdü

Tarix: 05-06-2021 15:13     Baxış: 4328 A- / A+
Deputat köçkün rayondan olan seçicilərlə görüşdü

Bu gün Milli Məclisin üzvü Ceyhun Məmmədov Mingəçevir şəhərində müvəqqəti olaraq məskunlaşan Cəbrayıl və Qubadlı rayonlarının seçiciləri ilə görüş keçirmişdir.
Əvvəlcə şəhid, qazi və sosial müdafiəyə ehtiyacı olan ailələrin təmsilçiləri ilə təkbətək söhbətlər edib, onların problemləri ilə tanış olan deputat, sonrakı mərhələdə seçicilərlə ümumilikdə görüş keçirmişdir. Əvvəlcə II Qarabağ müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində işağala məruz qalan torpaqlarımızın böyük bir hissəsini düşməndən azad edən Milli Ordumuzun qazandığı tarixi uğurlardan bəhs edən Milli Məclis üzvü qələbə sevincini hamı ilə paylaşmış və doğma ata-baba ocaqlarına tezliklə qayıtmaq arzusunda olan məcburi köçkünlərə bu məsələ ilə bağlı dövlət səviyyəsində görülən işlər barədə məlumat vermişdir.
Deputat köçkün rayondan olan seçicilərlə görüşdü

Tədbirə qatılan seçicilərdən I Qarabağ Müharibəsinin şəhidi Soltan Verdiyevin həyat yoldaşı Gülzar Quliyeva, Fərhad Əliyev, Sürəyya Novruzova, Elman Xəlilov, Sədaqət Həziyeva, Hidayət Əliyev, Mingəçevirdəki Cəbrayıl rayon köçkün orta məktəbinin müəllimi Sahilə Maqsudova, Sücayət Məmmədova və Xəyyam Məmmədov 27 illik yurd həsrətinə son qoyan şəhidlərimizə Allahdan rəhmət, yaralı qazilərimizə isə şəfa diləmiş və işğaldan azad edilən şəhər, qəsəbə və kəndlərimizin bərpa edilməsi ilə bağlı istək və arzularını dilə gətirmişlər. Deputat Ceyhun Məmmədov ayrı-ayrı məcburi köçkünlərin çıxışlarında səslənən təkliflərə münasibət bildirmiş, çeşidli sualları cavablandırmış, görüşə qatılanlara minnətdarlığını bildirmişdir. Sonda Cəbrayıl rayon İcra Hakimiyyətinin Mingəçevir şəhərindəki səlahiyyətli nümayəndəsi İsmayıl İmanzadə səmimilik və işgüzarlıq şəraitində keçən görüşə görə Cəbrayıl və Qubadlı rayon seçiciləri adından Milli Məclisin üzvü, ilahiyyət üzrə fəlsəfə doktoru Ceyhun Məmmədova minnətdarlığını bildirməklə ona gələcək fəaliyyətində də uğurlar arzulamışdır.

Manevr.az


Deputat köçkün rayondan olan seçicilərlə görüşdü

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar