Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Kəlbəcərdəki jurnalistlərin həyatına son qoyan mina yeni basdırılıb?

Tarix: 05-06-2021 13:02     Baxış: 4427 A- / A+
Kəlbəcərdəki jurnalistlərin həyatına son qoyan mina yeni basdırılıb?

Kəlbəcərdə mülki vətəndaşların, o cümlədən jurnalistlərin minaya düşmə anının görüntüləri yayılıb. Videoda aydın şəkildə yollarda yamaqlı hissələr diqqət çəkir.

Ötən gündən bəri həmin minanın yaxın günlərdə yoxsa əvvəldən həmin əraziyə basdırılmasına dair suallar səslənir.

Videoya baxdıqda isə həmin yerdə yeni minalanma işləri aparıldığı versiyası daha məntiqli görünür.

Qeyd edək ki, bu yaxınlarda Ermənistan ordusunun hərbçiləri Kəlbəcərdə təminat yollarını minalamağa cəhd göstərərkən Azərbaycan Silahlı Qüvvələri tərəfindən saxlanılmışdı.

Hərçənd hadisənin baş verdiyi Susuzluq kəndi erməni diversantların saxlanıldığı Yuxarı Ayrım kəndindən müəyyən məsafədə yerləşir. Lakin diversiya qrupu bu məsafəni də qət etməyə qadirdir: Kəlbəcərin dağlı-meşəli ərazisi buna imkan yaradır.

Qeyd edək ki, iyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunan televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “KamAZ” markalı avtomobil rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşüb.

Nəticədə 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (AZƏRTAC xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub.

Digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib./oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar