Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Erməni terrorizminin tarixi

Tarix: 03-06-2021 22:59     Baxış: 3418 A- / A+
Erməni terrorizminin tarixi

Tarix boyu ermənilərin türk-müsəlman əhaliyə qarşı nifrətinin və cinayətlərinin şahidi olduq. Bunlardan ən dəhşətlisi Qarabağın işğalı və Xocalı qətliamıdır.
Ermənilərin türk-müsəlmanlara qarşı nifrətinin əsl səbəbi bədnam qonşularımızın və onların havadarlarının təqdim etməyə çalışdıqları kimi heç də 1915-ci ilin “qondarma erməni soyqırımı” deyildir. Belə ki, hələ 1905–1906-cı illərdə ermənilər azərbaycanlılara qarşı kütləvi soyqırım həyata keçirmişdilər! 1885-ci ildə yaranmış ilk erməni terror təşkilatı “Armenakan” Osmanlı ərazisində silahlı terror aktları törətmişdir?! Göründüyü kimi, ermənilərin türklərə nifrətinin kökü “qondarma erməni soyqırımından” əvvəlki dövrlərə dayanır. 1887-ci ildə yaranmış “Hınçaq” terror təşkilatının, eləcə də digər terror təşkilatlarının məqsədi dənizdən-dənizə “Böyük Ermənistan” dövlətini qurmaq idi. ”Qondarma erməni soyqırımı” isə bu məqsədə çatmaq üçün uydurulmuş bəhanədir. Erməni tarixçisi saxtakar Moisey Xorenyanın (410–490) uydurduğu məlumatlara əsasən, tarixdə “Böyük Ermənistan” adlı dövlət olmuşdur. Hazırda ermənilər Moisey Xorenyanın uydurduğu həmin “Böyük Ermənistan”ı bərpa etmək istəyirlər. Halbuki tarixə nəzər salsaq görərik ki, “Böyük Ermənistan” adlı dövlət, əslində, mövcud ola bilməzdi. Belə ki, saxtakar erməni tarixçilərinin iddiasına əsasən, guya ”dənizdən-dənizə” uzanan həmin çarlıq e.ə 331-ci ildən eramızın 428-ci ilinədək Yaxın Şərqin bir hissəsini və Qafqazı əhatə edirdi. Halbuki e.ə 330-cu ilə qədər Yaxın Şərq Əhəmənilər dövlətinin nəzarəti altında idi. E.ə. 330-cu ildə Makedoniyalı İsgəndər Əhəməni dövlətini işğal etdi. E.ə 323-cü ilədək Asiyada İsgəndərin ağalığı sürdü. İsgəndər öləndən sonra Atropatena (Azərbaycan) dövləti yarandı. E.ə 312-ci ildən eramızın 60-cı ilinədək Yaxın Şərq Selevkilər dövlətinin hakimiyyəti altında oldu. Halbuki ermənilər iddia edirlər ki, Böyük Tiqran e.ə 69-cu ildə Ermənistanı ən böyük sərhədlərinə çatdırdı. İndiki Azərbaycan ərazisində Albaniya (e.ə IV əsr – eramızın 705-ci ili) dövləti mövcud idi. 226-cı ildən 651-ci ilədək Asiyanı Sasanilər dövləti idarə etmişdir. Beləliklə, ermənilər bu dövləti haçan qurdular?! Bundan əlavə, iddiaya əsasən, “Böyük Ermənistan” krallığını Ərtaşestlər və Ərsakilər sülalələri idarə etmişlər. Halbuki bu absurd iddiadır. Çünki Ərsakilər türk, Ərtaşestlər isə fars mənşəli sülalələrdir. Beləliklə, bu uydurma dövləti Böyük Ermənistan deyil, Turan və Parsiya adlandırsaq daha düzgün olar. Çünki nə Ərsakilər, nə də Ərtaşestlər erməni olmuşlar. Göründüyü kimi, ermənilər Moisey Xorenyanın fırıldaqları əsasında özlərinə tarix qurmağa çalışırlar. Qərb tarixçilərindən olan Avqust Karier yazır: “Qədim erməni tarixçilərinin məlumatlarına inanmaq savadsızlıqdır. Bu məlumatların əksəriyyəti uydurmadır”. Mənşəyi məchul olan bir xalqın tarixdə böyük bir dövləti ola bilərmi?! Ermənilərin mənşəyi ilə bağlı rəvayətlər kifayət qədər ziddiyyətlidir. Onların xisləti isə belədir: bir qarış torpaqda qısa müddət yaşayandan sonra bu torpaqlar əzəli erməni torpağıdır deyib həmin yerin əsl sahiblərinə qarşı ərazi iddiası qaldırırlar. 1828–1829-cu illərdə Türkmənçay və Ədirnə müqavilələrinə görə, ermənilər İrandan və Türkiyədən kütləvi surətdə Rusiya imperiyası tərəfindən Zaqafqaziyaya köçürülmüşlər. Çarizm ermənilərin vasitəsilə türklər arasında maneə, hasar yaratmaq istəyirdi. Qeyd etmək lazımdır ki, ruslar erməni xislətinə yaxşı bələd idilər. Rusiya imperiyasının fövqəladə və səlahiyyətli səfiri Aleksandr Sergeyeviç Qirboyedov imperator Nikolay Pavloviç Romanova yazırdı: “Əlahəzrətləri, ermənilərin mərkəzi rus torpaqlarında yerləşməsinə icazə verməyin. Bu elə bir xalqdır ki, bir neçə il bir ərazidə yaşayandan sonra bütün dünyaya hayqıracaqlar ki, bu torpaqlar bizə ata-babalarımızdan miras qalmışdır”. İmperator Nikolay erməniləri İrəvan ətrafına yerləşdirdi. O vaxtdan bu günədək ermənilər əzəli Azərbaycan torpağı İrəvana hökm edirlər və Azərbaycana qarşı ərazi iddialarından əl çəkmirlər. Ermənilər indiki Türkiyənin şərq ərazilərinə (xüsusəndə Qars və Ərdəhan) iddia qaldırmaq üçün “qondarma erməni soyqırımından” istifadə edirlər. Özlərindən qondardıqları iddialara görə, 1915-ci ildə Osmanlı hökuməti 1.5 milyon ermənini öldürmüşdür. Halbuki o zamanlarda A.Arakelyanın etno-demoqrafiya statistikasına görə, Osmanlı ərazisində heç 1.5 milyon erməni yaşamırdı. Siyahıyaalma nəticəsində qriqoriyan erməniləri – 995.479 nəfər, katolik ermənilər – 89.746 nəfər, protestant ermənilər isə – 95.841 nəfər olmuşlar. Cəm olaraq isə 1.181.066 milyon erməni yaşayırdı. Rusiyalı politoloq Maksim Şevçenkonun dediyi kimi, “Osmanlıda yaşayan ermənilərin sayının öldürüldüyü iddia edilən ermənilərin sayından az olduğunu nəzərə alsaq görürük ki, səsləndirilən rəqəmlər qətiyyən həqiqətə uyğun deyildir”. Bundan əlavə, ermənilərin “Hınçak” və “Daşnaksütyun” terror təşkilatlarının üzvləri I Dünya Müharibəsinin gedişində Osmanlıda iğtişaşlar törətmiş, mülki əhalini kütləvi şəkildə öldürmüşlər. Bunun da əsas səbəbi o zamankı ABŞ Prezidenti V.Vilsonun bəyanatı idi. V.Vilson bildirmişdi ki, ”Osmanlı ərazisində çoxluq təşkil edən xalq dövlət qura bilər”. Həmin bəyanatdan “ilham alan” bədnam ermənilər Andronik Ozenyanın və digər körpə qatillərinin rəhbərliyi altında türklərin sayını azaltmağa, onları qətliam etməyə başladılar. Osmanlı dövləti bu dəhşətli cinayətlərin qarşısını almaq üçün qanlı qırğınlarda iştirak edən erməniləri ölkənin müharibə gedən bölgələrindən başqa ərazilərinə köçürdü. Osmanlı hökuməti iğtişaş törədən təşkilatları bağladı və onların əlləri dirsəyəcən günahsız insanların qanına batmış rəhbərlərini (2345 nəfər) həbs etdirdi. Hər il ermənilər bu hadisəni soyqırım kimi qeyd edirlər. Sabiq ABŞ prezidentlərindən biri demişdir: “Əgər arxivlər açılsa, ermənilər, sözsüz ki, rüsvay olacaqlar”. Onu da vurğulayaq ki, soyqırım sözünün mənası kütləvi surətdə hansısa etnik ya da mədəni qrupun məhv edilməsidir. Əgər ermənilər həqiqətən də soyqırıma məruz qalmışlarsa, o zaman Türkiyədə xeyli erməninin hələ də yaşaması necə izah olunur? Azərbaycan Respublikasının prezidenti İlham Əliyev demişdir: “Əgər Türkiyə soyqırım etmiş olsa idi, geridə buna etiraz edəcək tək bir erməni qalmazdı”. İmperialist dünya dövlətləri və ermənilər köç (təhcir) zamanı ölüm hadisələrini “böyük erməni soyqırımı” adlandırırsa, o zaman 1948–1953-cü illərdə İrəvandan azərbaycanlıların kütləvi deportasiyasını da böyük Azərbaycan qətliamı olaraq tanımalıdırlar. Çünki kütəvi deportasiya zamanı azərbaycanlılar ya yolda aclıq və susuzluqdan öldülər, ya da gəldikləri yerdə hava şəraitinə və iqlimə dözə bilməyərək tələf oldular. Bəs bu şərəfsizləri türk-müsəlman əhaliyə qarşı törətdikləri soyqırımlara görə kim sorğulaycaq?! Ermənilərin 10-dan çox terror təşkilatı və minlərlə məşhur terrorçuları vardır. Onların hamısının hədəfi biz türk-müsəlmanlarıq. Onlar qətliamın hər növünü biz türklərə qarşı tətbiq etmişlər. İlk kütləvi soyqırımlardan biri Daşnak təşkilatının (rəhbəri Drastanat Kamayan) törətdiyi, 1905–1906-ci illərin “erməni–müsəlman davası”dır. Daha sonra 1918-ci ilin martında Stepan Şaumyanın rəhbərlik etdiyi quldur dəstələri tərəfindən amansız bir soyqırımı törədildi. Ardınca müxtəlif terror təşkilatları yarandı.

Erməni terror təşkilatları (Armenakan, Hınçaq, Daşnaksütyun, ESƏD, YEM, ASALA, EGAO, EİO, EAC, Oril qrupu, İntiharçılar, Erməni birliyi, GEİ, 9 iyun qrupu, EAH, Geqaron, Apostol, Demokrat cəbhə) yalnız Azərbaycan və Türkiyə ərazisində deyil, dünyanın böyük dövlətlərində, hətta bitərəf İsveçdə belə terror aktları törətmişlər. Bu təşkilatlardan ən məşhuru və şərəfsizi Akop Akopyan tərəfindən yaradılmış ASALA terror təşkilatıdır. ASALA-nın bədnam komandirlərindən biri də Monte Melkolyan idi. Hətta bəzi ehtimallara görə, Xocalı qətliamında da ASALA terror təşkilatının barmağı vardır. Bundan əlavə, Xocalıda qətliam törədənlərdən biri də 366-cı rus motatıcı alayı idi.1988-ci ildə təxribat xarakterli Sumqayıt hadisələri baş verdi. Özünü ”Paşa” ləqəbli türk kimi tanıdan E.Qriqoriyan Sumqayıtda yaşayan (özlərinə lazım olmayan) erməniləri ən qəddar üsullarla öldürdü. Ermənilər bu yolla türkləri vəhşi xalq kimi tanıdıb öz məqsədlərinə nail olmaq istəyirdilər. 1991-ci ildə Xankəndi erməni birləşmələri tərəfindən işğal olundu. Həmin vaxt Ermənistanda hakimiyyət başında terrorçu Levon Ter-Petrosyan idi. Qarabağın və ətraf rayonların işğalı Ter-Petrosyanın hakimiyyəti dövrünə düşür. 1992-ci il Xocalı qətliamının da ən böyük səbəbkarlarından biri də Levon Ter-Petrosyan idi. Zəngilan rayonu işğal olunana qədər ermənilər Qarabağda müxtəlif terror aktları törətdilər.1998-ci ildə hakimiyyətə Robert Koçeryan gəldi. Bu şərəfsiz də alçaqlıqda sələflərindən geri qalmır, müxtəlif vaxtlarda terror aktları təşkil edirdi. Göründüyü kimi, Ermənistan liberal-demokrat deyil, məhz terror dövlətidir. 2008-ci ildə hakimiyyətə Serj Sarkisyan gəldi. Bu şərəfsizin prezidentliyi dövründə 2016-cı ildə aprel döyüşləri baş verdi. Azərbaycan ordusu erməniləri geri oturdaraq Lələtəpəni işğaldan azad etdi. 2018-ci ildə inqilab nəticəsində hakimiyyətə Nikol Paşiniyan gəldi. Paşinyanın hakimiyyəti dövründə Vətən müharibəsi başladı və Allaha şükürlər olsun ki, Qarabağ işğaldan azad edildi. Müharibənin gedişində ermənilər Azərbaycanın mülki əhalisinə qarşı ağır hərbi cinayətlər işlətdilər. Azərbaycan Respublikasının müxtəlif rayonlarına, o cümlədən, Gəncə şəhərinə 2 dəfə Skad/Elbrus raketi, təslim kapituliyasiyasını imzalamazdan bir neçə dəqiqə əvvəl isə Bakıya bir raket atdılar. Bakıya atılmış raket hava hücumundan müdafiə qüvvələrimiz tərəfindən zərərsizləşdirildi. Qarabağı tərk edərkən ermənilər evləri və meşələri yandırıb məhv edərək ekoloji terror törətdilər.

İşğal olunmuş torpaqlarımızı azad etdiyinə və yürütdüyü uğurlu siyasətə görə Ali Baş Komandan cənab İlham Əliyevə və Azərbaycan Silahlı Qüvvələrinə dərin təşəkkürümüzü bildirir, şəhidlərimizə Allahdan rəhmət diləyirik.

Tanrıverdi Əliyev,
tədqiqatçı


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar