Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

ABŞ konqresmenindən Xocalı BƏYANATI

Tarix: 21-02-2017 10:58     Baxış: 5351 A- / A+
ABŞ konqresmenindən Xocalı


ABŞ Konqresinin Kaliforniyadan olan üzvü, konqresmen Xuan Varqas Xocalı qətliamının 25-ci il dönümü ilə əlaqədar geniş bəyanat verib.

Azərbaycanın Los Ancelesdəki Baş konsulluğundan verilən məlumatda bildirilib ki, Baş konsulluğa göndərilmiş bəyanatda Xocalı soyqırımı zamanı qətlə yetirilmiş azərbaycanlılardan bəhs olunur və bu dəhşətli faciə pislənilir.

Sənəddə 1992-ci ildə fevralın 26-da Azərbaycan xalqına qarşı törədilmiş Xocalı qətliamı zamanı 600-dən çox günahsız mülki əhalinin, o cümlədən çox sayda uşaq, qadın və qocaların kütləvi şəkildə qətlə yetirildiyi bildirilir. Həmçinin “Human Rights Watch” təşkilatına istinad edilərək “bu faciənin regionda ən böyük qətliam” olaraq qeydə alındığı vurğulanır. Bildirilir ki, bu dəhşətli hadisə dünya xalqları arasında qarşılıqlı anlaşma və tolerantlığın nə qədər zəruri olduğunu göstərir.

Qeyd edək ki, Kaliforniyanın ikinci ən böyük şəhəri olan San Dieqonu, eləcə də ştatın İmperial vilayətini 2013-cü ildən ABŞ Konqresinin Nümayəndələr Palatasında təmsil edən konqresmen X.Varqas Demokratlar Partiyasına mənsubdur. O, Konqresin Maliyyə xidmətləri komitəsinin üzvüdür. Əvvəllər Kaliforniya Ştat Senatı və Assambleyasının üzvü olub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar