Xəbər lenti
Müstəqilliyimiz səmadadır...
28 May Respublika günündə Quba şəhərində fizika ,riyaziyyat və informatika təmayüllü liseyin nəzdində STEAM mərkəzinin təntənəli açılışı olmuşdur. Açılışda Azərbaycan təhsil naziri Emin Əmrullayevlə bərabər, Türkiyyə dövlətinin təhsil naziri Ziya Səlçuq, Türkiyyənin ölkəmizdə səfiri Cahit Bağcı və Böyük Millət Məclisinin üzvü Şamil Ayrım və digər gonaqlaqla yanaşı ölkəmizin təhsil ictimaiyyəti və ekspertləri iştirak etmişdilər. Sonra nazirlərin iştirakı ilə “Açıq dərs” təşkil olundu.
Azərbaycan təhsil naziri Emin Əmirullayev giriş nitqində türkiyəli həmkarına ölkəmizin ümumi təhsil müəssisələrində icra olunan "STEAM Azərbaycan" layihəsi barədə ətraflı məlumat verdi və təhsilin inkişafı ilə bağlı fikirlərini bölüşdü. Türkiyənin milli təhsil naziri Ziya Selçuk “Açıq dərs”-də maraqlı və geniş məruzə ilə çıxış etdi. Hər iki nazir ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğuladılar. Gələcək qarşısında məsuliyyəti ön plana çəkərək tövsiyələrini verdilər.
Nazirlərin çıxışlarından sonra mən də söz aldım. Çıxışımda tədbir iştirakçılarını Təhsil Nazirliyi yanında İctimai Şura adından salamladım və çıxışımı bu sözlərlə davam etdim:
-Bu gün zaman gözəldi. 28 May- Respublika günüdür. Məkan da gözəldir. Biz Azərbaycanın dilbər güşəsi Qubadayıq. Qonaqlarımız da həm əziz, həm də alidir.
Nazirlərimizin çıxışına mən də təhsil ictimaiyyəti adından münasibət bildirmək istəyirəm və tədbirin ruhuna uyğun bir misal çəkmək istəyirəm:
25 il öncə özəl təhsil ilə yaxından tanış olmaq üçün Milli Məclisdən Türkiyəyə getmişdik. Atatürk hava limanında gözümə bir şüar dəydi:“İstiqrarımız səmadadır”. Böyük öndər bu sözləri 1930-cu illərdə söyləmişdi...
Bu sözlərin təsiri altıda dönüb tarixə baxsaq görərik ki, ata-babalarımızın at belində torpağın (Altaydan başlayaraq Şərqi Avropaya qədər) potensialından, gəmilər vasitəsi ilə dənizin potensialından (Konstantinopolun fəthi) uğurla istifadə etmişlər. Ancaq kosmosa nə at belində, nə də gəmilərlə getmək mümkün deyil. Kosmosa yol ancaq və ancaq təhsildən və elmdən keçir. Bu sahədə də geriliyimiz məlumdur. Bu geriliyin nəticəsində İslam şərqi dünyada gedən proses və hadisələrin idarəedən tərəfi yox, idarəolunan tərəfinə çevrilmişdi.
I Qarabağ müharibəsində uduzduq, xeyli torpaq itirdik. Ancaq II Qarabağ müharibəsində möhtəşəm qələbə qazandıq. Çünki müzəffər ordumuz səmanın potensialından uğurla istifadə etdi. Ermənilər bizi torpaqda gözləyirdilər. Biz onlara pilotsuz uçuş aparatı Bayraktar TB2 vasitəsi ilə səmadan zərbələr yendirdik. Bu taktiki gediş bizə möhtəşəm Qələbə sevincini yaşatdı.
Bu gün açılışında iştirak etdiyimiz STEAM mərkəzi həm də səmaya yol açan təhsil ocağıdır. Torpağın, dənizin və səmanın potensialından istifadə etmək üçün belə mərkəzlərin açılısı dövrün tələbatıdır.
Çıxışın sonunda cənab nazir Ziya Səlçuka türk dilində çap olunmuş “Kamilleşen beşeriyyet" kitabımı hədiyyə etdim. Adından göründüyü kimi, kitabın qayəsi kamil insan etişdirmək və bəzəriyyəti qorumaqdır. Dünyada gedən hadisələr göstərir ki, bəşəriyyət düz istiqamətdə inkişaf etmir. Təhsilin doktirinası bəşəriyyəti düz istiqamətdə apara bilmir. Super dövlətlərin davranışları xoş heç nə vəd etmir. Dünya iqtisadiyyatın 20% qara iqtisadiyyatın əlindədir. Mafiya babalarına qoyulan qəbrüstü abidələr “dövlət kişiləri”-nə qoyulan abidələrdən möhtəşəmdir. Dövlətlər öz mənafelərini planetin mənafesindən üstün tuturlar.
Ancaq xoşbəxt gələcəyə getmək üçün planetin mənafesi bütün digər mənafelərdən üstün tutulmalıdır. Təhsil şəxsiyyət yönümlü yox, kamil insan yetişdirməlidir. İnanıram ki, ölkələrimiz təhsil sahəsinndə səylərini birləşdirərək kamil insan yetişdirməklə bəşəriyyəti düz istiqamətdə yönəldə biləcəklər. Əks halda Eynşteyn dediyi kimi, üçüncü dünya müharibəsindən sonra, 4-cu müharib dəyənəklə başlayacaqdır.
Prof.Şahlar Əsgərov,
əməkdar elm xadimi
TN yanında İctimai Şuranın sədri
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar