Sizin Reklam Burada
Xəbər lenti
19-08-2025
18-08-2025
BÜTÜN XƏBƏRLƏR

Müşfiq Ələsgərli:"Lider TV əməkdaşlarının 40 faizi işsiz qaldı, onların problemlərini kim həll edəcək?"

Tarix: 31-05-2021 23:06     Baxış: 3297 A- / A+
Müşfiq Ələsgərli:"Lider TV əməkdaşlarının 40 faizi işsiz qaldı, onların problemlərini kim həll edəcək?"

Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) olaraq hər il ölkə KİV-ləri və KİV-lərdə çalışanlar barədə statistik məlumatları toplayırıq, illik müqayisələr aparırıq. 2020-ci il üzrə hazırladığımız hesabatda Lider TV əməkdaşlarının sayı təqribən 224 nəfər göstərilib.
2020-ci ilin iyun ayında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi ("Teleradio" İB) tərəfindən borclu "Lider TV və Radio-Azərbaycan" MMC-yə qarşı iflas elan edilməsi haqqında iddia qaldırmışdı. İyunun 16-da Bakı Kommersiya Məhkəməsi Lider televiziyasının müflis elan edilməsi ilə bağlı iddianı təmin etmişdi. Qarşı tərəf isə apellyasiya şikayəti vermişdi.
Yaranmış qeyri-müəyyənlik fonunda əməkdaşlardan bir qismi şirkətdən ayrılaraq, digər KİV-lərdə işlə təmin olunublar. Bununla yanaşı, şirkət əməkdaşlarından təqribən 90 nəfəri bu günə qədər fəaliyyətini davam etdirib.
2021-ci ilin may ayında Milli Televiziya və Radio Şurası (MTRŞ) "Lider TV və Radio-Azərbaycan" MMC-nin lisenziyasına xitam verilməsi barədə qərar verib. Qərara əsasən, 31 may şirkət üçün son iş günüdür.
Şirkətin fəaliyyətinin dayandırılması üçün prosedurlar qanuna uyğun olaraq həyata keçirilib. Ortada həm məhkəmənin, həm də MTRŞ-nın qərarı var. Şirkətin borclarının ödənilməsi yolları və digər məsələlər üçün mexanizmlər tərtib edilib. Qeyri-müəyyən qalan məsələ təkcə əməkdaşların taleyi ilə bağlıdır. 90 nəfərə yaxın əməkdaşın taleyi necə olacaq? Əlaqə saxladığımız əməkdaşlar bildiriblər ki, bununla bağlı onlara heç bir bilgi verilməyib. Əksinə, bildirilibmiş ki, ortada olan mübahisələr şirkət rəhbərliyinin dəyişdirilməsi ilə nəticələnəcək və bundan sonra işlər qaydasına düşəcək, onlar da öz fəaliyyətlərini davam etdirəcəklər. Gözlənilmədən şirkətin fəaliyyətinin dayandırılmasına qərar verilməsi hər kəsi çaşqın duruma salıb.
KİV-lərdə əmək münasibətlərinin rəsmiləşdirilməsi ilə bağlı problemlər bəllidir. JuHİ olaraq bu sahədə mövcud olan problemləri hər il hesabat formasında ictimailəşdiririk. Əksəriyyət xidmət müqaviləsi və yaxud, müvəqqəti əmək müqavilələri ilə çalışdırılırlar. Bu halda əməkdaşların əmək hüquqlarının tanınması mübahisəli qalır. Lider TV əməkdaşları üçün də belə bir durum yaranıb.
Əlaqədar qurumlar bu problem qeydə alıb həll etməlidirlər.

Müşfiq Ələsgərli:"Lider TV əməkdaşlarının 40 faizi işsiz qaldı, onların problemlərini kim həll edəcək?"

Müşfiq Ələsgərli
Jurnalistlərin Həmkarlar İttifaqının sədri

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar