Xəbər lenti
"Nazirlər zəng vurub ad günümü təbrik edirlər" - 79 yaşlı Arif Babayev

Bu gün xalq artisti Arif Babayevin doğum günüdür
1938-ci ilin bu günündə Ağdam şəhəri yaxınlığındakı Sarıhacılı kəndində anadan olan sənətkar "Ölkə.Az"-ın suallarını cavablandırıb.
- Arif müəllim, 79 yaşın əhval-ruhiyyəsi necədir?
- Lap yaxşıdır. Şükür Allaha, hələ ki babatam.
- Doğum gününüzü necə qeyd etməyi düşünürsünüz?
- Evdə nəvələrim, övladlarımla qeyd edəcəyik. Təmtərağı xoşlamıram. 75 illiyim Ağdamda qeyd olundu. Amma mən böyük ad günlərini xoşlamıram.
- Ağdama getməyi düşünürsünüzmü bu günlərdə?
- Havalar bir az soyuqdur. Amma Ağdamı hər dəqiqə ürəyim istəyir.
- Son dəfə Ağdamda nə vaxt olmusunuz?
- Bir ay olar.
- Muğam müsabiqəsinin seçimlərində?
- Seçimlərdə onlar Bərdəyə gəlmişdilər. Bərdə, Ağcabədi, Gəncə və İsmayıllıda olduq.
- Sürprizləri sevirsiniz?
- Allah haqqı desəm, inanmazsınız. Canım üçün sürprizləri xoşlamıram. Zəng etmək mənimçün hər şeydir. Diqqət budur. Bunu səmimi deyirəm.
- Bilirəm ki, hətta nazirlər də zəng vurub sizi təbrik edirlər.
- Bəli, nazirlər zəng vurub təbrik edirlər, diqqət göstərirlər. Mən də onlara təşəkkür edirəm.
- Doğum gününüzdə sizin üçün ən böyük hədiyyə nə olardı?
- Mənimçün ən böyük hədiyyə ad günümün Qarabağda olması olardı. Yığaydım başıma qohum, dost, tanışı... Dünyada vətəndən böyük nə var ki? Ən böyük hədiyyə o olardı. Sağlıq olsun, mən görmərəm, cavanlar görər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar