Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Vahid Ələkbərovun 105 milyonluq yaxtası - ŞƏKİLLƏR

Tarix: 25-05-2021 14:12     Baxış: 4334 A- / A+
Vahid Ələkbərovun 105 milyonluq yaxtası -  ŞƏKİLLƏR

Azərbaycanlı milyarder Vahid Ələkbərovun 70 metrlik "Galactica Super Nova" superyaxtası 2021-ci ildə ən aktiv istifadə olunan yaxtalar onluğuna girib.

Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Forbes" nəşri məlumat verib. Bildirilir ki, yaxta yanvar-mart ayları arasında 11 900 (22,039 km ) dəniz mili səyahət edib. "Galactica Super Nova" bu dövrdə Aralıq dənizini, Atlantik okeanını və Karib dənizini gəzib.

Nəşr qeyd edir ki, "Lukoil" şirkətinin prezidenti Vahid Ələkbərov 50 metrlik "Galactica" yaxtasını 2016-cı ilin fevralında 19,5 milyon avroya satıb.

Bir ay sonra istifadəyə verilən yeni "Galactica Super Nova" yaxtası isə cəmi 41 ayda elə milyarderin özünə məxsus Hollandiyanın "Heesen" gəmiqayırma zavodunda tikilib. Yaxtanın təxmin edilən dəyəri 105 milyon dollardır.

Yaxta "Monaco Yacht Show 2016" müsabiqəsində eyni anda iki mükafat: Ən yaxşı xarici və Ən yaxşı yeni superyaxta mükafatlarını qazanıb.

Hazırda "Galactica Super Nova" dünyanın ən böyük alüminium yaxtasıdır. Bundan əlavə yaxta 4000 dəniz mili məsafəsi ilə 30 düyün sürətlə dünyanın ən sürətli yelkənli gəmilərindən biridir.

Yaxtada 12 sərnişin üçün altı kabin var, onlara 16 nəfərlik gəmi heyəti xidmət edir. Yaxtanın dizaynı "Espen Oeino International" ixtisaslaşmış memarlıq agentliyi tərəfindən həyata keçirilib, interyer hissəsi isə "Sinot Exclusive Yacht Design" agentliyi tərəfindən hazırlanıb.

Yaxtada helikopter meydançası, şəlalə, cakkuzi və təbii gün işığı ilə işıqlandırılan hovuz var.

"Galactica Super Nova"nı fərqləndirən digər bir xüsusiyyəti, gəminin bütün göyərtələrini birləşdirən kristal bir lift və spiral bir pilləkənin olmasıdır.

Göyərtlərin ümumi sahəsi 357 kv. m təşkil edir.

Qeyd edək ki, "Lukoil"in əsas səhmdarı olan Rusiya neft maqnatı Vahid Ələkbərov, "Forbes" nəşrinin "Rusiyanın ən zəngin 200 iş adamı"nın reytinqində 24.9 milyard dollar sərvəti ilə 4-cü yerdə qərarlaşıb.

Manevr.az

Vahid Ələkbərovun 105 milyonluq yaxtası -  ŞƏKİLLƏR
Vahid Ələkbərovun 105 milyonluq yaxtası -  ŞƏKİLLƏR
Vahid Ələkbərovun 105 milyonluq yaxtası -  ŞƏKİLLƏR
Vahid Ələkbərovun 105 milyonluq yaxtası -  ŞƏKİLLƏR
Vahid Ələkbərovun 105 milyonluq yaxtası -  ŞƏKİLLƏR
Vahid Ələkbərovun 105 milyonluq yaxtası -  ŞƏKİLLƏR


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar