Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Jirinovskidən Gürcüstanı Rusiyanın Türkiyə ilə quru sərhədi etmək çağırışı

Tarix: 20-02-2017 09:14     Baxış: 6557 A- / A+
Jirinovskidən Gürcüstanı Rusiyanın Türkiyə ilə quru sərhədi etmək çağırışı


Tanınmış politoloq: “Adətən Rusiyada ciddi problemlər yaşananda Jirinovski daha çox danışmağa başlayır”

Rusiya Dövlət Dumasının sədr müavini, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Gürcüstanın Rusiyaya birləşdirilməsi ilə bağlı çağırış edib. Jirinovski çağırışını bu şəkildə ifadə edib ki, Rusiya ilə Türkiyə arasında birbaşa quru sərhədi olmalıdır. Bunun üçün isə Gürcüstan əraziləri Rusiyanın tabeçiliyində olmalıdır.


O qeyd edib ki, Gürcüstan həmişə Rusiyanın olub, Rusiya bir yerdə olub. “Belə bir bağlılıq olduğu halda niyə Rusiyanın Türkiyə ilə birbaşa quru sərhədi olmamalıdır? Rusiya ilə olmaq gürcü xalqının iqtisadi maraqlarına da uyğundur. Türkiyə ilə Rusiya arasında birbaşa quru sərhədinin olması üçün də tarixən Rusiyanın olmuş Gürcüstan yenidən Rusiyanın olmalıdır” , - deyə o bildirib.

Jirinovskinin Gürcüstanla bağlı dedikləri növbəti sərsəmləmədir, yoxsa Gürcüstan üçün Rusiya təhlükəsinin ciddiliyindən xəbər verir?

Politoloq Elçin Mirzəbəyli bildirdi ki, onun bir çox hallarda Rusiyanın rəsmi maraqlarını bir az aqressiv, bir az da təlxəksayağı dilə gətirdiyi kimsəyə sirr deyil: “Lakin bu, hər zaman belə deyil. Bəzən onun açıqlamaları kütlənin diqqətinin yayındırılmasına xidmət edir. Jirinovskiyə həvalə olunmuş missiyalardan biri də təlxəklik edib Rusiya ictimaiyyətinin diqqətini daxili və xarici proseslərdən yayındırmaqdan ibarətdir. Digər tərəfdən, Rusiyanın Türkiyə ilə taktiki sərhədləri var. Ermənistan sərhədini ruslar qoruyursa, bu, elə sərhədin olması deməkdir. Tarixi Azərbaycan torpaqlarında qondarma bir dövlət yaradıb Azərbaycanla Türkiyəni ayıran bir dövlətin Türkiyə ilə sərhədindən danışmaq üçün ancaq Jirinovski qədər həyasız olmaq lazımdır”.

Ekspertin fikrincə, ola bilsin ki, Gürcüstanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafı, Şengen zonasına daxil olan Avropa ölkələrinə Gürcüstan vətəndaşları üçün viza rejiminin aradan qaldırılması Moskvanı qıcıqlandırır və təlxək Jirinovski də Rusiyanın qəzəbini dilə gətirir: “Şübhəsiz ki, bu, sadəcə, ehtimaldır. Çünki məsələnin digər tərəfi də var. Adətən Rusiyada ciddi problemlər yaşananda Jirinovski daha çox danışmağa başlayır və daha uzaq hədəfləri nişan verir. Zənnimcə, Jirinovskinin son açıqlamalarına da elə bu kontekstdən yanaşmaq lazımdır”.musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar