Sizin Reklam Burada
Xəbər lenti
18-08-2025
17-08-2025
BÜTÜN XƏBƏRLƏR

Şuşa həbsxanasında Quantanamo izləri

Tarix: 20-02-2017 09:06     Baxış: 268 A- / A+
Şuşa həbsxanasında Quantanamo izləri
Erməni separatçıları aldıqları təlimata uyğun şəkildə Dağlıq Qarabağda “demokratiya” görüntüsünü yaratmağa cəhd edirlər. Bu yolla da dünyaya çıxış imkanı əldə etməyə, “varlıqlarını” göstərməyə çalışırlar. Bu gün, 20 fevralda nümayiş olunacaq “referendum” tamaşası da həmin məqsədə xidmət edir.


Günün birində Qarabağda “parlamentli üsul-idarəyə keçidi” də elan edəcəklər. Addım-addım “müstəqilliyə doğru” getdiklərinə özlərini inandırmaq, Azərbaycanı fakt qarşısında qoyub reallıqla barışdırmağa ümid edirlər. Amma təkcə ermənilərmi bunu istəyir? Təbii ki, yox
.


Qarabağ separatçılarının “referendum” oyununa yalnız son həftədə, oyuncaq səsverməyə 3-5 gün qalmış “etiraz” edənlərin şübhəsiz ki, heç də hamısı - düşmənə qapısını qapayan qardaş Türkiyə istisna olmaqla - mövqeyində səmimi və prinsipial deyil.

Düzdür, müsəlman qonşumuz İran da “referendum”u tanımayacağını bəyan etdi. Xub. Amma təkcə tanımamaqla iş bitmir axı. Azərbaycandan kredit alan Tehran elə bu günlərdə işğalçını ayağa qaldırmaq üçün növbəti layihələrini işə salıb. Digər iri qonşumuz Rusiya isə... Qarabağ erməniləri heç şübhəsiz ki, öz iradələri ilə “referendum” qərarı verməyib. Sergey Lavrov yanvarın 17-də “Dağlıq Qarabağ münaqişəsi sırf Azərbaycanın daxili işlərinə aid bir mövzu deyil” dedikdən iki gün sonra Qarabağ separatçıları “referendum” təbliğatına start verdilər. İşarəni Moskvadan gözləyir postsovet məkanındakı separatçılar.
Şübhəsiz ki, “referendum” oyunu Serj Sərkisyanın da maraq dairəsində idi. Onun bazar günü Qarabağ canilərini bir yerə toplayıb Azərbaycanı hədələməsi də əslində erməni xalqına ünvanlanmış təhdid idi. Yəni özünüzü yığışdırın, 2008-ci ilin 1 mart olaylarını təkrarlamaq eşqinə düşməyin! Hər kəs bilir ki, Dağlıq Qarabağda nə konstitusiya var, nə onu referendum keçirmək istəyində və həvəsində olan xalq. Əks təqdirdə bu tamaşanı nümayiş etdirmək üçün Xankəndidə bir mitinq təşkil edə bilirdilər, çünki o vaxt hələ Qarabağda ermənilər adam kimi yaşayırdılar - indikindən fərqli olaraq.


ATƏT-in Minsk Qrupu guya ki, “referendum”a qarşı çıxdı. “Nəticələr heç bir halda Dağlıq Qarabağın yekun statusunu müəyyənləşdirmək üçün əsas deyil” kimi növbəti nağıl, vəssalam. Əslində AŞ PA-da Ermənistana qarşı qətnamənin qəbul olunmasına imkan verməyənlərdən başqa nə gözləyəsən?


Həmsədr ölkələrin ikiüzlülüyüyünü çox görmüşük. Biri (ABŞ) işğalçıya gecəgörmə cihazı verir, o biri (Rusiya) “İsgəndər” bağışlayır, üçüncüsünün (Fransa) prezidenti də Qarabağ ermənilərinin “öz müqəddəratını təyinetməsi” zərurətindən danışır. Bir də ki, illərdir böyük güclər Azərbaycanı Dağlıq Qarabağda referenduma razı salmağa çalışmırmı? Azərbaycan prezidenti İlham Əliyev demədimi ki, Bakını Dağlıq Qarabağın müstəqilliyini tanımağa məcbur etmək istəyirlər? Elə isə indi onlar kimi aldadırlar? Bu illərdə Qarabağa qanunsuz gedənlərin çoxu məhz həmsədr ölkələrdəndir.


Dünya birliyi ikili oyunlar oynadığı üçün Xankəndində xalqsız “referendum” tamaşası qurulub.

Əks təqdirdə ermənilər buna cəsarət etməzdi, Azərbaycan ordusu Qarabağdakı 19 fevral “sükut günü”ndə sükutu elə pozardı ki, tozanağı İrəvana çatardı. Əslində Azərbaycan hərbi əməliyyatlara əl atsa, təkcə torpaqlarını, əsir və girovlarını deyil, Qarabağda girovluqda qalan erməniləri də xilas edərdi. Məlum olur ki, Dilqəm və Şahbazın saxlandığı Şuşa həbsxanası əslində ABŞ-ın Kubadakı Quantanamo həbs düşərgəsinin eynisidir. Ermənistan ordusunun leytenant Aram Ağayanın dedikləri bunun təsdiqidir “Şuşa həbsxanasında nəzarətdən kənar qalan, Ermənistan vətəndaşları olan məhbus hərbi qulluqçular, zabitlər saxlanılır”.

Dünya birliyi anlamalıdır ki, bu savaşdan itirən tək Azərbaycan deyil, həm də Ermənistan, onun xalqıdır. Yanvarın 18-də Qarabağda 19 yaşlı erməni əsgər öldü. Ermənistanın Lori vilayətinin Odzun kəndində yaşayan ailənin tək oğlu idi. Fotosuna baxdım, uşağa bənzətdim. Sərkisyan Xocalıda türkləri qətlə yetirdiyi kimi, ermənilərin də tək oğullarını əlindən alır, hakimiyyətini qorumaq üçün erməniləri yad ölkədə güllə qabağına verir. Ölmək istəməyənləri də “Quantanamo”ya - Şuşa həbsxanasına doldurur...

Heç şübhəsiz ki, sonda Azərbaycan vadar olub həm də bölgədə normal yaşamaq istəyən erməniləri xilas əməliyyatı keçirəcək. Daha normal olar ki, Azərbaycanın da yer aldığı antiterror koalisiyası bu əməliyyata dəstək versin - Cənubi Qafqazda əbədi sülh naminə...

Elşad PAŞASOY

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar