Xəbər lenti
"Sabah separatçılara “atəşli salam” göndərmək üçün yaxşı fürsətdir" - Politoloq

Dağlıq Qarabağda sabah “referendum” keçiriləcək. Deməli “konstitusiyalarına” iki əsas dəyşiklik etmək istəyirlər.
Manevr.az xəbər veriri ki, bunu politoloq Elxan Şahinoğlu deyib:
"Birinci “dəyişikliyə” görə “prezidentlərinin” səlahiyyətləri artırılcaq. Halbuki, Ermənistan tam əks yolla gedir, orada parlamentin səlahiyyətləri artırılıb. İkinci “dəyiikliyə” görə isə, separatçılar Dağlıq Qarabağın adını “Artsax”la əvəz etmək istəyirlər. Separatçıların bu addımı onunla bağlıdır ki, Qarabağ ifadəsi türk mənşəlidir və bütün dünya, o cümlədən Ermənistan həmin bölgəni məhz Dağlıq Qarabağ kimi adlandırır. Dağlıq Qarabağ adı birbaşa Azərbaycanla bağlılığın ifadəsidir və ona görə də separatçılar öz düşüncələrində bu addan qurtulmaq istəyirlər.
Bu arada, Ermənistan prezidenti deyib ki, azərbaycanlılar Xankəndidə çay içmək istəyirdilər, heç bu çayı Ağdam və Kəlbəcərdə də içə bilmirlər. Bu cür təxribatlarıyla da deyirlər ki, Azərbaycan sülh istəmir, atəşkəsi daima pozur. Elə atəşkəsə ona görə riayət etməməliyik ki, Ağdamda, Kəlbəcərdə, Şuşada və digər işğal altındakı məntəqələrimizdə rahat çay içəcək günü yaxınlaşdıraq. Sabah separatçılara “atəşli salam” göndərmək üçün yaxşı fürsətdir".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar