Xəbər lenti
Bill Qeyts həyəcan təbili ÇALDI: “Yeni virus yaradırlar, 30 milyon insan ölə bilər”

“Terrorçular 30 milyondan çox insanın ölümünə səbəb olacaq təhlükəli virusların yeni növlərini yarada bilərlər”.
Xarici KİV xəbərlərinə görə, bunu “Microsot” korporasiyasının təsisçisi Bill Qeyts Münhen Təhlükəsizlik Konfrasında bildirib.
Onun sözlərinə görə, terroristlərin biomühəndislik metodu ilə süni şəkildə təhlükəli qrip ya da başqa epidemiyalar yaratmaq şansları var.
Bill Qeyts xatırladıb ki 1918-1919-cu illərdə “ispan qripi” pandemiyası dünyada 50 milyondan çox insanın həyatına son qoyub.
“İndi də qlobal pandemiyaya hazırlıq olduqca vacibdir. Nüvə təhlükəsindən uzaqlaşmaq və iqlim dəyişikliyi ilə əlaqədar faciəli hadisələrin çoxalmasının qarşısını almaq lazımdır. İnnovasiyalar, əməkdaşlıq və dəqiq planlaşdırma bu riskləri xeyli azalda bilər”-deyə o əlavə edib.
Onun fikrincə, mövcud üsul və texnologiyalar xəstəliklərin yayılması təhlükəsini aradan qaldırmağa imkan verir. (modern.az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar