Xəbər lenti
Türkiyə Qarabağda keçiriləcək "referendum"u tanımayacaq
Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Ədalət və İnkişaf Partiyasının (AKP) Adana millət vəkili Necdət Ünüvar sabah qondarma “Dağlıq Qarabağ Respublikası”nda keçirilməsi planlaşdırılan “referendum”la bağlı bəyanat verib.
N. Ünüvar bildirib ki, Ermənistan tərəfindən 25 ildir ki, işğal altında saxlanılan Dağlıq Qarabağ bölgəsində Ermənistan tərəfindən bir “referendum” keçiriləcəyi açıqlanıb.
Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri bu “referendum”un beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qərarlarına və ATƏT-in prinsiplərinə zidd olduğunu vurğulayıb: Ermənistan əsgərləri tərəfindən 26 fevral 1992-ci ildə Xocalıda mülki şəxslərin kütləvi şəkildə qətlə yetirildiyi tarixin ildönümünə bir neçə gün qalmış belə bir “referendum”un keçirilməsi açıq bir təhrik və pis niyyətli addımdır. Bölgədə işğalın daim davam etməsi üçün atılan bu addım sülh danışıqlarına kökündən ziyan verə bilər. Bu qanunsuz “referendum”un nəticələri Türkiyə tərəfindən tanınmayacaq. İşğal edilən Dağlıq Qarabağ və digər Azərbaycan bölgələrindən olan 1 milyondan çox azərbaycanlı məcburi köçkün həyatı yaşamaqdadır. Atılması vacib ilk addım bu insanların doğulduğu torpaqlara geri dönmələri, işğala son qoyulmasıdır. ATƏT-in Minsk Qrupu təcili Dağlıq Qarabağ münaqişəsinin ədalətli və daimi həllini tapmalıdır”.
Qeyd edək ki, qondarma “Dağlıq Qarabağ Respublikası”nda fevralın 20-də “referendum” keçiriləcək. Bu barədə qondarma rejimin lideri Bako Saakyan sərəncam imzalayıb. Referendum “prezident səlahiyyətləri”nin artırılmasını nəzərdə tutur. (apa)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar