Xəbər lenti 
					
 
		Azərbaycanlı qız canlı efirdə öz ifası ilə hamını heyran edib - VİDEO

Uşaq evində böyümüş 17 yaşlı Pərvanə Alcanova Rusiya-nın NTV kanalının efirində Azərbaycan dilində oxuduğu “Ana” mahnısı ilə könülləri fəth edib. O, yarışın növbəti mərhələsinə vəsiqə qazanıb.
Bu gün Rusiyanın NTV kanalı ilə Sputnik İnformasiya Agentliyi və Radiosunun birgə layihəsi olan “Sən supersən” (“Tı super!”) beynəlxalq vokal müsabiqəsinin finalı keçirilib. MDB ölkələrindən 92 nəfərin iştirak etdiyi müsabiqədə Azərbaycanı Bakıdan Pərvanə Alcanova təmsil edib.
Pərvanə Alcanova “Ana” mahnısını ifa edib. Onun ifasına heyran olan münsiflərin hamısı yaşıl işıq yandırıblar və auditoriya Pərvanəni hərarətlə alqışlayıb.
Onun ifasından sonra səhnəyə Azərbaycanın Rusiya Federasiyasındakı Fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu dəvət olunub. Aparıcı onu, “əfsanəvi Polad Bülbüloğlu” deyə təqdim edib. Səfir NTV kanalına bu gözəl sosial layihəyə görə təşəkkür edib. Səfir Pərvanə adının mənasını açıqlayıb və canlı efirdə rus dilində danışa bilməyən Pərvanəyə tərcüməçilik edib. Münsiflər Pərvanə barədə müsbət fikirlərini səsləndiriblər və ona müvafiq tövsiyələrini veriblər. “Sən çox şanslısan ki, səfir şəxsən sənə tərcüməçilik edir” — deyə aparıcı bildirib. Qeyd edək ki, Pərvanə qazandığı səslər sayəsində növbəti mərhələyə vəsiqə qazanıb.
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















