Sizin Reklam Burada
Xəbər lenti
27-02-2025
26-02-2025
BÜTÜN XƏBƏRLƏR

ABŞ və İsrailin növbəti hədəfi İran oldu

Tarix: 18-02-2017 09:22     Baxış: 3335 A- / A+
ABŞ və İsrailin növbəti hədəfi İran oldu


İsrailin müdafiə naziri Aviqdor Liberman bildirib ki, amerikalı həmkarı Ceyms Mettislə ilk görüşündə İran tərəfindən təhdidlər müzakirə olunub və bu istiqamətdə qətiyyətli tədbirlərlə bağlı vədlər alıb.

Manevr.az xəbər verir ki, bu məlumarı “RİA Novosti” yayıb.


“Biz bir sıra məsələləri müzakirə etdik. Başlıcası isə İran mövzusu ilə bağlıdır. Həmkarımla görüş zamanı vurğuladım ki, ölkəmizin qarşılaşdığı üç problem var – İran, İran və İran”, - bunu özünün “Facebook” səhifəsində Liberman yazıb.

ABŞ və İsrailin növbəti hədəfi İran oldu

“Uzaq məsafəli ballistik raketlərə malik olan və raket tüxnikasını gücləndirilmiş şəkildə inkişaf etdirən İran. Nüvə texnologiyalarına malik olan İran. İsraillə coğrafi sərhədləri olmayan, lakin onları Livanda “Hizbulla” və Qəzada HAMAS vasitəsilə yaradan, terror təşkilatlarının əsas sponsoru olan İran”, - o əlavə edib.

Nazirin sözlərinə görə, Mettis ABŞ-ın yeni rəhbərliyinin “İrana qarşı qətiyyətlə fəaliyyət göstərmək” niyyətini təsdiq edib.

“Müdafiə naziri Mettislə açıq və səmimi dialoq aparmaq və İsrailin təhlükəsizliyinin möhkəmləndirilməsi, Yaxın Şərqdə ABŞ-ın maraqlarının qorunması kimi məsələlərdə əməkdaşlıq barədə razılıq əldə etdik. Həmçinin yaxın dövrlərdə yenidən görüş keçirməklə əlaqədar razılaşdıq”, - Liberman bildirib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar